Fransa "tutduğunu buraxmayan kor", Kanada "toydan sonra nağaraçı" qismində - ŞƏRH

Fransa "tutduğunu buraxmayan kor", Kanada "toydan sonra nağaraçı" qismində - ŞƏRHFransa "tutduğunu buraxmayan kor", Kanada "toydan sonra nağaraçı" qismində - ŞƏRH
"Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür".
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Fransadır. Fransa ABŞ-la birgə 1 yanvar 1997-ci ildən bu qrupa həmsədrlik edir. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.
Lakin təəssüf ki, Fransa hökumətinin indiyədək səsləndirdiyi fikirlər nəinki münaqişənin həllinə kömək edib, əksinə odun üstünə yağ töküb. Çünki Fransa özünü neytral yox, Ermənistan tərəfinin nümayəndəsi, tərəfdaşı kimi aparıb. Fransanın qərəzli təklifləri münaqişənin sülh yolu ilə həllinə mane olub. Ordumuz sentyabrın 27-dən etibarən əks-hücum əməliyyatlarına başladıqda isə qərəzli və birtərəfli şəkildə yalnız Azərbaycan qınanılıb, Bərdə və Gəncədə baş verən terror aktlarına susulub, əksinə Xankəndi və Şuşada guya mülki obyektlərə hücum edilməsinə dair mənasız açıqlamalarla yadda qalıb. Və yaxud Ermənistan PKK/YPG terror qruplaşmalarından istifadə etdiyi halda, Azərbaycanı heç bir sübutsuz Suriya terrorçularının xidmətindən yararlanmaqda günahlandırır. 
Elə üç ölkə nümayəndələrinin birgə bəyanatı zamanı da Fransanın heç bir rolu olmayıb. Hikmət Hacıyevin dediyi kimi, Fransanın indiki açıqlamaları daha çox sülh prosesində kənarda qalmasından doğan qısqanclıqdan irəli gəlir. Ümumiyyətlə, Fransa Ermənistanın bu sənədi imzalamasına sanki çox əsəbləşib. Belə olmasaydı, Fransa strateji tərəfdaşı Ermənistanın imzaladığı bəyanata görə sakit durar, səsini çıxarmazdı. Amma indiki halda "Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir".
ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq üçün qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirən Fransanın heç bir səlahiyyəti olmamalıdır. Hikmət Hacıyevin Fransa ilə bağlı açıqlamasının digər hissəsinə də nəzər salaq:
"Görəsən, bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir.
Yekunda Fransanın rəsmi qurumlarına onu da xatırlatmaq istərdim ki, Azərbaycanın tarixi şəhəri olan və Azərbaycan xalqının qəlbində xüsusi yeri olan və işğaldan azad edilmiş Şuşa şəhərinin adı "Şuşi" deyil, Şuşadır".
Fransa ilə bağlı məsələ aydındır. Bu yerdə digər fransızdilli ölkə Kanadaya da toxunaq. Kanadanın Xarici İşlər naziri Fransua-Filip Şampan tərəfindən yayılan bəyanat qərəzliliyi ilə seçilir. Bəyanatda Ermənistan xalqının pis vəziyyətdə olduğu vurğulanır, halbuki Qarabağdan didərgin düşmüş məcburi köçkünlər barədə bir söz deyilmir. Kanada Xarici İşlər naziri öz açıqlamasında etiraf edir ki, daha çox Ermənistandan olan həmkarı ilə son vaxtlar ünsiyyətdə olub.
Həmçinin Türkiyənin münaqişədən kənarda qalmalı olduğu xatırladılır. Fransanın mövqeyi ilə uyğunluğu gördünüzmü? Heç bir əsas olmadan Türkiyəyə qarşı qarayaxma kampaniyası əks etdirilir.
Kanada kimi regiondan kənar bir ölkə, xalqların və münaqişənin tarixinə bələd olmayan bu dövlət regionda sülh və təhlükəsizliyin təmin olunmasında bölgə ölkələrindən daha çox maraqlı ola bilməz. Ümumiyyətlə, Kanada kimi bir dövlət verdiyi açıqlamalarda beynəlxalq hüququn prinsiplərinin aliliyini rəhbər tutmalıdır. Bölgədə dayanıqlı sülhün təmin olunmasına mane olan hər hansı bir açıqlamanın verilməsi Kanadanın bir dövlət kimi beynəlxalq münasibətlər sistemində imicinə də xələl gətirir.
Belə olan halda ümumi mənzərəyə qiymət verib belə deyə bilərik: Fransa özünü "tutduğunu buraxmayan kor", Kanada isə "toydan sonra dumbul çalan nağaraçı" təsiri bağışlayır...
Səbuhi Musayev /oxu.az

Siyasi       Tarix: 13 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeber cəbhədən canlı sonxabar az axsam az xeberler