Fransada yaşayan alim: "İşğalçı ordu torpağımızdan çıxsın"

Fransada yaşayan alim: "İşğalçı ordu torpağımızdan çıxsın"Fransada yaşayan Güney Azərbaycanlı tarixçi Səməd Xətai də bu günlərdə ürəyinin Azərbaycanda atdığını bildirərək, Qarabağ Ermənistan torpağıdır deyənlərə irad bildirib.
Səməd bəy Publika.az-a açıqlamasında Qarabağ toponiminin əsl mənasına da aydınlıq gətirib.
Birinci gəlin, əsas məsələyə aydınlıq gətirək. Karabax deyil Qarabağ- qara, bağ. Bizim mədəniyyətimizdə isə sözün mənası sıx, yamyaşıl, cənnət kimi gözəl bağ deməkdir. Bu sözün tarixi də, kökü də, mənsubiyyəti də Azərbaycana məxsusdur. Bu fakt su kimi aydındır. Düşmən bu torpağın adını lap min dəfə dəyişə bilər. Amma fakt dəyişmir. Bir neçə il öncə Qarabağ haqda mübahisəli məqalə oxudum. Onlara izahlı cavab yazdım. Bu gün ermənilər öz aralarında Qarabağ deyirlər. Yaxşı, əgər bu torpaq sizindirsə, bəs düşmən xalqın toponimini niyə istifadə edirsiniz? Demək, danışdığınız yalana özünüz də inanmırsınız.
Biz qeyri-qanuni heç bir addıma yol vermirik. Dünyanı yuxudan oyatmağa çalışıb, özü yazdığı qanunlara əməl etməyini tələb edirik. Bəli, müharibəsevən xalq deyilik. Savaş insanlığa qarşı addımdır. Qan tökməyə susamamışıq. Amma 30 ildir eyni mövzu bütün qətnamələrə rəğmən toz altında qalıb. Erməni qüvvələri, işğalçı ordusu torpağımızdan çıxsın. Tarix boyu tolerant Azərbaycan xalqı xristianlar, yəhudilərlə bir torpaqda yaşayıb, yaşayacaqlar da. Amma ermənilər torpaqlarımızı silahlı qüvvələrindən təmizləməlidirlər. Azərbaycan da bundan sonra ermənilərlə sülh içində yaşamağa davam etməlidir.
Leyla Sarabi

Dünya       Tarix: 05 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi kriminal xeberler az xeber valyuta mezenesi