Xocalıda ədalətin təntənəsi

Xocalıda ədalətin təntənəsiAzərbaycan artıq yeni bir dövr başlanğıcındadır. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı tapşırıqlarının verir. Hər bir ərazidən qalib ordunun və dövlətin qalib SƏRKƏRDƏSİ kimi səsəni ucaldir, mesajlarını verir, dünya bunu görür və eşidir.
Əlbəttə ki, bu gün biz qalib xalq kimi yaşasaq da ötən illərdə yaşadığımız faciələr tariximizin səhifələrinə həkk olunub və o, tarixi dövr yaddaşımızda qövr edir. Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından 34 il ötür.
Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək dəhşətli olaydır. 1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə-yeksan olundu. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Prezidentin bildirdiyi kimi, heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq.
Bəli, biz Xocalıya da qayıdacağımız günü gözləyirdik. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
2025-ci il fevralın 25-də Prezident İlham Əliyev "Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" Sərəncam imzalayıb. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi 2024-cü il 26 fevral tarixində baş tutub. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir.
Məlumdur ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi məqsədilə davamlı olaraq həyata keçirilən "Xocalıya ədalət" kampaniyası bu soyqırımı hadisəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılması, kütləvi qırğınlara, etnik təmizləmə, irqi, dini və etnik ayrı-seçkilik hallarına qarşı böyük müqavimətin göstərilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Kampaniya çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində 18 dövlətin qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilmiş, soyqırımı kimi qiymətləndirilib, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul olunub. "Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır"-deyən Prezident Heydər Əliyev Fondunun Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdiyini bildirib. Belə ki, Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış "Xocalıya ədalət!" kampaniyası çərçivəsində dünyanın müxtəlif yerlərində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Prezidentin vurğuladığı kimi, biz haqlı olaraq dünyadan ədalət tələb edirdik". Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın".
Sonda onu bildirmək istəyirəm ki, Azərbaycan tarixi ədaləti bərpa edib və günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında alıb. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Azərbaycan əzəli torpaqlarına sahibdir.
Şirincan Məmmədli
Tarix müəllimi, "Tərəqqi" medalı təltifçisi / azxeber.com

Siyasi       Tarix: 24 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

İranın Avropadakı proksiləri: yeniyetmə qatillərdən azərbaycanlı mühacirlərin "yatan hüceyrələri"nə qədər

Əvvəlki materialımızda Böyük Britaniya və Azərbaycan vətəndaşı olan 44 yaşlı Rəşad Sultanovun işi barədə ətraflı yazmışdıq. O, Kiprdə Böyük Britaniyanın Akrotiri hərbi bazasına qanunsuz daxil olmaqda və İran İslam İnqilab

Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHI

Azərbaycan diplomatiyasında illər ərzində müxtəlif sahələrdə tanınan ailələrin nümayəndələri mühüm vəzifələrdə təmsil olunub. . Onların sırasında dövlət xadimlərinin, alimlərin, ədəbiyyat və incəsənət nümayəndələrinin övladlar

SON DƏQİQƏ! Türkiyə Azərbaycanla bağlı bu addımı da atdı

HAVELSAN-ın Hərbi Hava Qüvvələri Məlumat Sistemi (HvBS) çərçivəsində hazırlanmış bəzi mühüm imkanlar Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib. Türkiyə mətbuatına istinadla bildirir ki, Azərbaycan Hərb

Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) və Mədəniyyətləraras

Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artır

Rusiyanın Novorossiysk limanı yaxınlığında Türkiyə bayrağı altında üzən quru yük gəmisinin dron hücumuna məruz qaldığı bildirilir. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, hadisə Novorossiys

Livan İsraillə danışıqlarda "pilot zonalar" yaradılmasını təklif etdi

Livan nümayəndə heyəti Romada ABŞ-ın vasitəçiliyi ilə İsrail tərəfi ilə keçirilən növbəti danışıqlar raundunda İsrail qüvvələrinin çıxarılacağı yeni "pilot zonalar"ın yaradılmasını müzakirəyə təklif edib. Bu barəd

Donald Trampdan ŞOK AÇIQLAMA: "İran rəhbərliyi inanılmaz dərəcədə..."

Amerika lideri Donald Tramp "Truth Social" səhifəsində İrandakı hakimiyyətin davranışlarını sərt şəkildə tənqid edib və Vaşinqtonun Tehranla bağlı sərt mövqeyini açıqlayıb. KONKRET.azxəbər verir ki, ABŞ Prezident

Ordubad RİH-ə yeni başçı təyin edildi

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısını

"Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz"- Deputat

Xəbər verdiyimiz kimi, türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı Ruben Vardanyanı dəstəkləməsi və mühazirə oxumaq üçün Bakıya gəlməkdən imtina etməsi ilə əlaqədar amerikalı risk tədqiqatçısı v


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son durum sou biznes azerbaycan son xeber bugun xabar az