Fransalı tarixçi: "Minsk qrupu öz məsuliyyətini anlamalıdır

Fransalı tarixçi: "Minsk qrupu öz məsuliyyətini anlamalıdırFransalı tarixçi: "Minsk qrupu öz məsuliyyətini anlamalıdır"
"Dağlıq Qarabağ münaqişəsini anlamaq üçün tarixi həqiqətlərə istinad etmək kifayətdir. Son hərbi əməliyyatlar nəticəsində geri qaytarılan torpaqlar Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri idi".
Bu fikirləri "Report"un Fransa bürosuna açıqlamasında fransalı tarixçi, jurnalist Alen Rumestan (Alain Roumestand) bildirib.
O, Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu deyib:
"Azərbaycan Qərblə Şərq arasında bir körpüdür. Sənədləşdirilmiş məqalə üzərində işlədiyim zaman Azərbaycana gedib qadın siyasətçilər, sahibkar və sənayedə məsul vəzifələrdə çalışan qadınlarla görüşmüşəm və bu zaman özüm şəxsən müsəlman ölkəsində qadının yüksək mövqeyinin şahidi olmuşam. Azərbaycandakı mültikulturalizm Fransada hər zaman müsbət qiymətləndirilib. Fransa ilə Azərbaycan arasında istər diplomatik, istərsə də iqtisadi münasibətlər hər zaman yüksək səviyyədə olub".
A.Rumestan vurğulayıb ki, iki ölkə arasında münasibətlər bundan sonra daha da möhkəmləndirilə bilər: "Bu gün Fransa Azərbaycanda Ermənistanı dəstəkləyən, 2020-ci ildəki hərbi əməliyyat zamanı bitərəfliyini itirən ölkə kimi tanınır. Bir qrup fransalı parlamentarinin Ermənistanın tərəfini tutması, bəzi ziyalıların "müsəlman Azərbaycan xristian Ermənistanı məhv etmək istəyir" kimi çıxışları təbii olaraq azərbaycanlılar tərəfindən mənfi qarşılanıb. Lakin Fransa yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən şirkətləri vasitəsilə qarşılıqlı iqtisadi inkişaf siyasətini gücləndirməlidir. Fransanın Azərbaycanda enerji, aviasiya, kosmik sənayesi, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı sahələrində 50-dən çox şirkəti fəaliyyət göstərir. Dağlıq Qarabağdan didərgin düşmüş azərbaycanlı məcburi köçkünlər tədricən öz torpaqlarına qayıdacaqlar. Lakin bu ərazilər tamamilə dağıdılıb. Fransa azad edilmiş torpaqların yenidən qurulmasında yaxından iştirak edə bilər. Fransa Ermənistanla Azərbaycan arasında balanslı siyasət apara və regionun iqtisadi inkişafı üçün müsbət şərait yaratmağa öz töhfəsini verə bilər".
Fransalı tarixçi Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasına da toxunub:
"30 illik Dağlıq Qarabağ münaqişəsini anlamaq üçün tarixi həqiqətlərə istinad etmək kifayətdir. Son hərbi əməliyyatlar nəticəsində Azərbaycanın geri qaytardığı torpaqlar Ermənistana məxsus deyildi, onlar Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri idi. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün ümidlər yaranmışdı. O, sələfi kimi Dağlıq Qarabağdan deyildi. İşğal olunmuş torpaqları qaytarmaqla böhrandan çıxış mümkün idi. Azərbaycan liderləri, şübhəsiz ki, iki ölkə arasında vəziyyətin dəyişə biləcəyinə inanırdılar. Təəssüf ki, ictimai rəy və ordunun təhriki ilə Ermənistanın baş naziri təhlükəli bir müharibəyə başladı. Lakin beynəlxalq hüquqa zidd olaraq işğal edilən əraziləri sahibinə qaytarmaq daha ağıllı olardı. Azərbaycan bu gün Dağlıq Qarabağda sülhdən başqa bir şey istəmir. Fransa, Rusiya və ABŞ-a birlikdə ATƏT-in Minsk qrupunun həmsədridir. Nəhayət, Minsk qrupu öz məsuliyyətini anlamalı və tezliklə sülh naminə fəaliyyətə keçməlidir". /oxu.az

Siyasi       Tarix: 28 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud

İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr İsraili aprel ayında dayandırılan müharibəyə yenidən cəlb etməklə hədələyib. ISNA-nın xəbərinə görə, Məhəmməd Baqer Zolqədr deyib ki, İran Amerikanı

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı

Argentina futbol millisinin dünya çempionatından kənarlaşdırılması tələbi ilə yaradılan petisiyanı indiyədək 2.5 milyondan çox insan imzalayıb. KONKRET.azxəbər verir ki, petisiya saytında yerləşdirilib. Müəlliflər hakimləri

Fars körfəzində "nüvə" getdi, "dəniz savaşı" gəldi: ABŞ Tehranı boğa bilərmi?

ABŞ ilə İran arasında gərginliyin yenidən artması Fars körfəzində mümkün hərbi qarşıdurma ehtimallarını da gücləndirib. Dünyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan bu bölgədə baş verə biləcək hə

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istədiyini bildirib.   xəbər verir ki, Ukrayna Prezidenti jurnalistlərlə onlayn formatda təmasında "Report"un Şərqi Avropa bürosunu

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler meherremlik 2026 cəbhədən son görüntülər son xeber.az