Fransanın yeni baş naziri təyin edildi
Qabriel Attal Fransanın yeni baş naziri təyin edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə müvafiq qərarı Fransa prezidenti Emmanuel Makron verib.
Bazar ertəsi dövlət başçısı 2022-ci ilin mayından baş nazir vəzifəsində çalışan Elizabet Bornu vəzifəsindən azad edib.
34 yaşlı Attal indiyədək təhsil naziri olub.
Attal Fransa tarixində Nazirlər Kabinetinin ən gənc rəhbəridir. İndi o, yeni kabinetin formalaşdırılması üçün Makrona təkliflər verməlidir.
Fransa mətbuatının qeyd etdiyi kimi, ötən ilin iyul ayına qədər Attalın tabeliyində işləmiş Maliyyə Nazirliyinin rəhbəri Bruno Le Maire, eləcə də daxili işlər naziri Cerald Darmanin vəzifələrini itirə bilər. Nəqliyyat naziri Clement Beaunenin istefa verəcəyi gözlənilir.
Karyerasının ilk illərində Attal Sosialist Partiyasında fəal olub və səhiyyə naziri Marisol Turenin kabinetinin üzvü olub. Lakin 2016-cı ildə o, Emmanuel Makron tərəfindən yaradılan En marş (indiki Renessans) partiyasına qoşulub, sonradan onun mətbuat katibi olub.
Attal qeyri-ənənəvi cinsi oriyentasiyasını gizlətmir. O, Emmanuel Makronun Renessans partiyasının rəhbəri Stefan Sejournetlə münasibətdədir.
Natiq Səlim,
KONKRET.az

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı