"Freedom House"! – Azadlıq evi, yoxsa qərəz yuvası? - Erməni lobbisinin maşası

"Anlamalıyıq ki, onların "hədəfləri" medianın azadlığı yox, Azərbaycanın milli dövlət maraqlarıdır"
"Sözügedən təşkilat anti-Azəbaycan mövqeyini əsas qayəsi olaraq görür"
"Azərbaycan haqda anti-demokrat imicinin yaradılması həm də Qarabağdakı erməni əhalisinin inteqrasiya prosesinin qarşısını almağa hesablanıb"
Azərbaycan həqiqətlərini təhrif edən "Freedom House" təşkilatının son hesabatı ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb. 
"Sherg.az"ın xəbərinə görə, bəyanatda deyilir:
-"Freedom House" beynəlxalq qeyri-hökumət təşkilatı açıqladığı son hesabatında Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibətini bir daha nümayiş etdirib. Azərbaycanın informasiya məkanı haqqında səsləndirilmiş qərəzli münasibətə cavab olaraq bəyan edirik ki, "Media haqqında" Azərbaycan Respublikasının Qanununda hesabatda iddia oluduğu kimi xarici onlayn platformalara yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək öhdəliyi qoyulmamışdır.
Belə ki, Qanunun müddəalarına əsasən Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin açılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir və bunun üçün həmin subyektlərin yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsi heç bir halda tələb olunmur. Xüsusilə vurğulanmalıdır ki, Qanunun müddəaları video paylaşım platformaları, internet televiziyaları və bu kateqoriyadan olan digər fəaliyyət növlərinə qətiyyən şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur
"Freedom House" təşkilatı beynəlxalq standartlara deyil, erməni lobbisi və onların maraqlarına xidmət göstərən təşkilat olduğunu deyən "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif  Həsənli "Sherg.az"a vurğulayıb ki, həmin təşkilatın özü fəaliyyəti dönəmində bunu dəfələrlə sübut edib:
"Misal üçün, bu təşkilat işğal dövründə "Dağlıq Qarabağı" ayrıca "respublika" kimi göstərir, bu qodnarma rejimdə insan haqları, söz azadlığı kimi göstəricilərin Azərbaycandan yüksək olduğunu iddia edirdi. Bundan başqa, Qarabağı beynəlxalq hüquqa uyğun Azərbaycan ərazisi kimi yox, Ermənistan ərazisi kimi göstərən hesabatları olub. 
Ümumiyyətlə, sözügedən təşkilat anti-Azəbaycan mövqeyini əsas qayəsi olaraq görür. Bu baxımdan, təşkilatın Azərbaycan mediası ilə bağlı həqiqətləri təhrif etməsi təəccüblü deyil. Bu həm də məqsədlidir".
Baş yazar qeyd edib ki, burada əsas niyyət Azərbaycanı "demokratiyanın olmadığı", "söz azadlığının boğulduğu" ölkə kimi göstərməkdir:
"Bu da birbaşa erməni dairələrinin sifarişi ilə həyata keçirilir. Erməni lobbisinin hədəfi Azərbaycan haqqında anti-demokrat imici yaratmaqla beynəlxalq təzyiqə və Ermənistan-Azərbaycan münasibətlərində İrəvan hakimiyyətinin maraqlarının təmin edilməsinə nail olmaqdır. 
Bundan əlavə, Azərbaycan haqda anti-demokrat imicinin yaradılması həm də Qarabağdakı erməni əhalisinin inteqrasiya prosesinin qarşısını almağa hesablanıb. Çünki Azərbaycan rəhbərliyi dəfələrlə erməni əhalisinin hüquq və təhlükəsizliyini qoruyacağını bildirib. 
Erməni lobbisi də belə təşkilatlar üzərindən ölkəmiz haqqında mənfi imic yaratmaqla "Azərbaycanda demokratiya, media azadlığı yoxdur, ermənilərin hüququ qoruna bilməz" kimi yanlış fikirlər yaratmağa çalışır. 
Bu dezinformasiyalara qarşı isə ilk növbədə medianın həmrəyliyinə nail olmalıyıq. Anlamalıyıq ki, onların "hədəfləri" medianın azadlığı yox, Azərbaycanın milli dövlət maraqlarıdır. 
Bununla yanaşı, həqiqətləri beynəlxalq müstəvilərdə səsləndirməliyik və beynəlxalq rəyi düzgün formalaşdırmalıyıq". / azxeber.com

Sosial       Tarix: 11 mart 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe son xeberler bugun bu gune olan xeberler xankendi