"Freedom House" indi də separatizmin dəstəkçisi rolunda çıxış edir

"Freedom House" 2023-cü il üzrə hesabatlarının ilkin variantlarını ictimailəşdirməyə başlayıb.
KONKRET.az xəbər verir ki, "Qlobal demokratiya və azadlıqlar indeksi", "İnternet azadlığı indeksi" və digər bu kimi hesabatlar artıq təşkilatın veb-səhifəsində yerləşdirilib.
Ayrı-ayrı ölkələrin "azad", "yarım-azad" və "qeyri-azad" kateqoriyalar üzrə təsnifatlaşdırıldığı bu hesabatlar hər il olduğun kimi, bu dəfə də ciddi etirazlara səbəb olub. İlk baxışdan görünür ki, təşkilatın apardığı "tədqiqatlar", hazırladığı təhlillər elmi metodologiyalara deyil, siyasi konyukturaya əsaslanıb.
Diqqəti cəlb edən haldır ki, hesa­batların hətta preambula hissəsində də Çinin, Rusiya və İranın adları çəkilir. Bu dövlətlər "bütün azadlıq indeksləri üzrə pis tendensiyaların yaradıcıları" kimi təqdim edilirlər. Bilinən faktdır ki, adları çəkilən dövlətlər ABŞ-ın strateji plan­larında hədəf seçilən, rəqib qismində görünən və "şər üçbucağı" adlandırılan ölkələrdir. Onlar eyni prinsip əsasında "Freedom House" tərəfindən də hədəfə alınırlar. ABŞ-ın siyasəti ilə uyğunlaş­mayan bu və digər dövlətlər "qeyri-azad ölkələr" indeksi üzrə dəyərləndirilirlər.
Nümunə olaraq göstərdiyimiz bu detal "Qlobal demokratiya və azadlıq­lar indeksi"nin obyektivliyini şübhəyə alan yeganə məqam deyil. "Freedom House" ABŞ-ın siyasi hədəflərinə uy­ğun davranışlarını davam etdirərək, mərhələ-mərhələ digər dövlətlərə də yer ayırır. Türkiyə başda olmaqla, Türk Dövlətlər Təşkilatına üzv olan ölkələri də özünün qarayaxma kampaniyasına məruz qoyur. Bu tendensiyanı isbatla­yacaq nümunələr verməklə, vəziyyətə aydınlıq gətirək. Qeyd edək ki, Ermə­nistan "Qlobal demokratiya və azadlıq­lar indeksi", həmçinin "İnternet azadlığı indeksi" üzrə 2-ci kateqiriyada, yəni, ya­rım-azad ölkələr sırasında yerləşdirilib. Türkiyə isə ondan geri pillədə – "azad olmayan" dövlətlər sırasında yer tu­tub. Türkiyəni Ermənistanla müqayisə etmək, Ermənistanı yüksək, Türkiyə­ni isə aşağı kateqoriyada göstərmək nümunəsi "Freedom House" tərəfin­dən hazırlanmış hesabatların gerçək məqsədini üzə çıxarır. Yeri gəlmişkən, qeyd edək ki, "Freedom House" tərə­findən hazırlanmış "İnternet azadlığı indeksi"ndə 100 ölkə arasında 39 ölkə qeyri-azad, 29 ölkə yarım – azad, 31 ölkə isə tam azad ölkə kimi göstərilib. ABŞ-ın merkantil maraqlarına rəqib olan dövlətlərin hamısı qruplaşdırıla­raq, "39 qeyri-azad ölkə" kateqoriyası­na sığışdırılıb.
"Freedom House" "internet azadlığı indeksi"ni 13 ildir təqdim edir. Hər dəfə də hansısa yeni maxinasiyası ilə diqqət çəkir. 2023-cü il hesabatı da bu baxım­dan istisna deyil. Sonuncu hesabatın "özəl xüsusiyyəti" "Freedom House" tərəfindən etnik-separatizmin dəstək­lənməsidir. Problem ondadır ki, 2023-cü il hesabatında "Dağlıq Qarabağ" Azərbaycandan ayrıca, əlahiddə qurum kimi qiymətləndirilir. Beləliklə, ABŞ-ın son bir il ərzində Azərbaycana qarşı həyata keçirdiyi təxribatçı siyasət "Fre­edom House" tərəfindən hazırlanan hesabatlarda da öz inikasını tapır. ABŞ Ermənistan–Azərbaycan münasibətlə­rinin "tənzimlənməsində" hansı maxina­siyaları tətbiq edirsə, "Freedom House" də "demokratik azadlıqlar indeksi"ndə eyni siyasəti təqib edir. "Dağlıq Qara­bağ"ı əlahiddə subyekt kimi göstərmək­lə, Azərbaycanın ərazi bütövlüyünə qəsd edir. Ən acınacaqlısı odur ki, he­sabatda "Dağlıq Qarabağ" təkcə ərazi baxımından deyil, həm də "demokratik azadlıqlar" konteksində Azərbaycan­dan qoparılır. Hesabatda Azərbaycan "qeyri-azad", "Dağlıq Qarabağ" isə "ya­rım-azad" ərazi kimi dəyərləndirilərək, Ermənistanla eyniləşdirilir.
Məlumat üçün qeyd edək ki, "Fre­edom House" təşkilatı Azərbaycanın öz müstəqilliyini elan etməsindən baş­layaraq, bu günə qədər heç vaxt ölkə­miz barədə obyektiv rəy verməyib. ABŞ 1992-ci ildə "Azadlığı Müdafiə Aktı"na907-ci düzəliş edib Azərbaycanın müstəqilliyini təhdid altına aldığı kimi, "Freedom House" da bu illər ərzində hazırladığı hesabatlarda qərəz büruzə verib. O, ABŞ-ın siyasi mərkəzləri ilə sinxron davranışlarını bu gün də da­vam etdirir.
Əslində, bu cür konyunkturlu davra­nışlarını heç gizlətmirlər də. "Freedom House" öz veb-səhifəsində qeyd edir ki, o, ABŞ-ın siyasi maraqlarının qlobal təbliğatçısı və təşviqatçısıdır. Bu təqdi­mat artıq hər şeyi deyir. "Freedom Hou­se" ərazisində yerləşdiyi dövlətin siyasi maraqlarından çıxış edərək rəylər, he­sabatlar hazırlayır və yayır.
Əslində beynəlxalq təşkilat öz işini sifarişlərlə qurmamalıdır. Beynəlxalq təşkilat elan edibsə, müstəqilliyini qo­rumalı, obyektiv olmalı, gerçəkdən de­mokratik inkişaf, insan haqları, azad­lıqlar uğrunda çalışmalıdır. Obyektiv hesabatlar hazırlamaq üçün, ilk növbə­də, təşkilatın özü azad olmalıdır. Lakin gördüyümüz kimi, "Freeddom House" özü azad və müstəqil deyil. ABŞ si­yasətinin bir qoludur. Onun hazırladığı "Qlobal demokratiya və azadlıqlar in­deksi", həmçinin, "İnternet azadlığı in­deksi" də azadlıqların dəyərləndirilməsi üçün meyar kimi qəbul edilə bilməz.
Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Siyasi       Tarix: 03 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bu gun xeberler az son xeberler 2026 son xəbərlər