Füzuli Hava Limanı böyük əhəmiyyəti - İqtisadçı alim AÇIQLADI

Füzuli Hava Limanı böyük əhəmiyyəti - İqtisadçı alim AÇIQLADI"Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilk növbədə turizmin inkişafına hesablanıb. Füzulidə tikilən və Şərqi Zəngəzurda təməlləri atılmış hava limanları gələcəkdə bu bölgəyə turist axınında müstəsna rol oynayacaq".
Bunu Publika.az-a açıqlamasında iqtisadçı alim Əli Əlirzayev deyib.
Ekspert bildirib ki, işğaldan azad olunan ərazilər bütövlükdə turizm mərkəzidir: "Bu bölgələrdə təbii turizm potensialı daha çoxdur. Həm də bu bölgələr sərhədyanı zolaqda yerləşir. Yəni, təkcə Bakı şəhərindən deyil, eləcə də dünyanın bir çox ölkələrindən Füzuliyə, Laçına, Zəngilana uçuşlar təşkil edilə bilər. Məhz buna görə də işğaldan azad edilmiş ərazilərdə 3 hava limanının inşası gələcəkdə turimzin inkişafı baxımından çox əhəmiyyətlidir. Turizmin inkişafında müstəsna rol oynayan amillər hava limanları, nəqliyyat yolları və rahat gediş-gəlişdir. Turizm infrostrukturunun yaranması ilə gələcəkdə Qarabağda nə qədər iş yerləri açılacaq. Keçmiş məcburi köçkünlər iş yerləri ilə təmin ediləcək".
Əli Əlirzayevin fikrincə, hava limanlarının inşası ilə gələcəkdə yükdaşıma imkanları daha da artacaq: "İqtisadiyyatın bu istiqamətində də inkişafa müsbət impulslar verəcək. Gələcəkdə Qarabağdan və ya Qarabağa yükdaşıma imkanlarının artmasına səbəb olacaq. Ölkənin və dünyanın mərkəzi şəhərlərindən oraya təyyarələr uçacaq. Yükdaşıma Qarabağda kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üçün də önəmli amildir. Qarabağdakı meyvə məhsullarını xarici ölkələrə aparmaq üçün hava limanı birbaşa əlaqə deməkdir".
Mütəxəssisin sözlərinə görə, bu, xarici ölkələrlə əlaqələrimizin inkişafına da yeni təkanlar verəcək:
"Hətta sərnişindaşımanın özü də mühüm əhəmiyyət kəsb edir. Qarabağda və Şərqi Zəngəzurda hava limanlarının istifadəyə verilməsi Bakının yükünü də azaldacaq. Burada mühüm nəqliyyat əlaqələri formalaşdırılacaq. Füzulidən, Zəngilandan, Laçından Türkiyəyə, Rusiyaya birbaşa reyslər açılarsa, bu əlaqələrin daha da inkişafı deməkdir. Ona görə də əhalinin daşınması, yükdaşıma, xariclə iqtisadi əlaqələrin qurulması və turizmin inkişafı baxımından Füzuli və digər hava limanlarının istifadəyə verilməsi böyük əhəmiyyətə malik olacaq".
Tural Turan

Dünya       Tarix: 06 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun son xeberler bugun 2026 canli sonxabar az novruz bayramı