Füzulidə ilk dəfə Şəhər Günü qeyd olundu

Füzulidə ilk dəfə Şəhər Günü qeyd olunduVətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı.  Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi "Füzuli Şəhəri Günü" kimi qeyd olunur.
Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ilk səfərləri də məhz ilk şəhid verdiyimiz torpaqlara oldu. Dövlət başçısı 2020-ci il noyabrın 16-da Füzuli şəhərində Azərbaycan Bayrağını qaldırdı. Prezident həmin gün Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu. Ölkə rəhbəri işğaldan azad edilmiş digər rayonlar kimi, Füzuliyə də dəfələrlə səfər edib, təməlqoyma və açılış mərasimlərində iştirak edib. 2021-ci ilin yanvar ayında Füzuliyə növbəti səfərində Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrliyində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli Beynəlxalq Hava Limanının təməllərini qoyub. 
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli rayonu 29 il ara ilə iki dəfə işğaldan azad edilib. Füzuli rayonunun əhalisi Qarabağ müharibəsində ölkəmizdən ən çox itkin və şəhid verən rayondur. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun əsası 1930-cu ildə qoyulub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli adlandırılıb.
27 illik işğaldan azad edildikdən sonra Füzuli rayonu nəhəng bir xarabalığı xatırladırdı. Vandallar bütün rayonun infrastrukturunu dağıdıb, yolları bərbad hala salıb, iaşə obyektlərini və yaşayış evlərini, mədəni-tarixi abidələri məhv etmişdilər. Rayonda geniş quruculuq işləri aparıldı, yeni məktəblər, xəstəxanalar, binalar tikildi, iqtisadi imkanlar genişləndirildi. Rayona vurulan maddi və mənəvi zərərin miqyası böyük olduğu üçün abadlıq işlərinin illərlə çəkəcəyi hesablanmışdı. Lakin dövlətimiz bütün Qarabağda sürətli abadlıq işlərinə start verdi, işğaldan azad edilən digər rayonlardakı kimi Füzuli rayonunu az bir müddətdə yenidən yaşanacaq vəziyyətə gətirdi.
Bu il Füzulinin Dövlətyarlı, Pirəhmədli və Dədəli kəndlərində də quruculuq işlərinə başlandı. 2026-cı ilə qədər isə rayonun 10 kəndinin bərpası nəzərdə tutulur. 38 binalıq ilk yaşayış məhəlləsinin 18 binasının isə bu ilin sentyabrında təhvil veriləcəyi planlaşdırılıb.
Qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın və peşə liseyinin tikintisinə də başlanıldı. Həmçinin baş plan çərçivəsində şəhərə bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq. Qələbə parkı, Füzuli Meydanı, Memorial parkın yaradılması və yaşıl zolaqlar vasitəsilə bu ərazilərin bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.
Şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometr olması nəzərdə tutulur. İlkin mərhələdə isə 18, 5 kilometr yolun tikintisi planlaşdırılmışdı. Prospektlər 4 zolaqlı yol, küçələr isə 2 zolaqlıdır, piyadaların rahat hərəkət etməsi üçün bütün imkanlar yaradılıb. Piyada yolları, yaşıllıq zolaqları, ictimai nəqliyyatın rahat hərəkəti üçün zolaqlar, həmçinin velosiped yollarının da tikintisi yüksək sürətlə davam edir.
Füzuli şəhərində də inşa edilən təhsil ocağında son tamamlama işləri görülür. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. Paralel olaraq Özbəkistan Füzulidə 3 hektar ərazini əhatə edən 960 şagird yerlik məktəbin tikintisini yüksək sürətlə davam etdirir. Yaxın günlərdə bu məktəbin tikintisinin də sonlanması planlaşdırılır.
Bütün bu işlər minalı ərazilərin sürətlə təmizlənməsi nəticəsində baş verir. Belə ki, artıq bu ilin birinci rübündə 622 hektar ərazi minalardan təmizlənib. Füzuli şəhərində məskunlaşma prosesi mərhələli şəkildə və daha tez başlayacaq. Füzulinin ümumilikdə 50 minlik əhalisi olan bir şəhər olacağı planlaşdırılır. Hazırda Füzulidə 6 məhəllə inşa olunub. 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Həmin yaşayış sahəsinə ilin sonunadək 800 ailənin köçürülməsi nəzərdə tutulur. Köçürülmə prosesi iki mərhələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir. Bu günlərdə Füzuli ilk sakinlərini qəbul edəcək. İlk dəfə olaraq Qarabağa köç fərdi evlərə deyil, çoxmənzilli binalara baş tutacaq.
Qeyd edək ki, MİDA tərəfindən tikilən Füzuli yaşayış kompleksinin ümumi sahəsi 8,9 hektardır və 6 məhəllədə 38 yaşayış binasından ibarətdir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə keçmiş məcburi köçkünlərə veriləcək. Mənzillər həm də mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və məişət üçün isti su ilə təmin olunub. Yaşayış binaları ilə yanaşı, ərazidə park, yeraltı və yerüstü avtodayanacaqlar, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.
Dövlətimizin başçısı görüş zamanı Füzuli də açılacaq iş yerlərindən söz açdı: "İndi isə qalıb ki, insanlar burada rahat yaşasınlar. Onu da bildirməliyəm ki, biz bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetiririk. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın. Əminəm ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır".
Naftalan şəhər sakiniÜlfət Əliyev / azxeber.com

Siyasi       Tarix: 19 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat xeberleri axsam.az xeberler şou biznes xəbərləri ən son xəbər