Füzulinin azad olunması ilə düşmənin yenilməz mifi darmadağın edildi

Füzulinin azad olunması ilə düşmənin yenilməz mifi darmadağın edildiAzərbaycanın dilbər guşələrindən olan Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir.
Füzuli rayonunun ərazisi 1386 km²-dir. Rayonun əsası 1827-ci ildə qoyulub. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb. 
Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb. Erməni işğalı nəticəsində rayondakı maddi-mədəni abidələr və yaşayış evləri dağıdılıb. Halbuki işğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olub. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
Birinci Qarabağ müharibəsi zamanı uğurlu hərbi əməliyyatlarından biri də Füzüli rayonu ərazisində gerçəkləşib. Belə ki, Ümummilli Lider Heydər Əliyevin əmri ilə 1994-cü il yanvar-də baş tutumuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu hərbi əməliyyatdan sonra ermənilər kifayət qədər qorxuya düşüb və atəşkəsin vacibliyi haqqında fikirlər səsləndiriblər.
Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunduqdan sonra ordumuzun gücləndirilməsinə, silahlı qüvvələrimizin maddi-texniki bazasının zənginləşdirilməsinə böyük önəm verilir. İllər keçdikcə güclənən Azərbaycan ordusu mütəmadi şəkildə baş verən erməni təxribatlarının qarşısını məharətlə alır. Lakin erməni təxribatları səngimir. 2020-ci ildə erməni qəsbkarları tərəfindən yaşanan növbəti hərbi təxribat zamanı yenilməz ordumuz əks hücuma keçdi və işğal altında olan yurdlarımızı yağı düqşməndən azad etməyə başladı. Belə ki, Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olundu. Xüsusilə qeyd etmək lazımdır ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olub. Çünki erməınilərin burada uzun illər ərzində xüsusi istehkanmlar, müdafiə xəttləri qormuşdur. Laki Azərbaycan əsgərinin döyüş əzmi, vətən həsrətinin qarşısında heç bir maneə xətti keçilməz olmadı, heç bir qüvvə duruş gətirə bilmədi. Hərbi qulluqçularımızın şücaəti və əzmkarlığı sayəsində Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi və rayonun azadlığı uğrunda olduqca mühüm addımlar atıldı. Füzulinin ordumuz tərəfindən azad olunması nəinki erməniləri, hətta hərbi ekspertləri də təəccübləndirmişdi. Çünki ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Amma qəhrəman oğullarımız bütün bu düşüncələri darmadağın etrməyi bacardılar. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmağa başladılar. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf etməyə başladılar. Füzulinin azad olunmasından sonra ermənilər öz silahlı birləşmələri haqqında yaratdıqları miflərə artıq şübhə ilə yanaşmağa başladılar. Xüsusilə qeyd etmək lazımdır ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Heç şübhəsiz ki, bu cür böyük qəhrəmanlıqla rayonu azad edən igidlərimiz diqqətdən kənar qala bilməzdi. Ona görə də "Füzulinin azad olunmasına görə" medal təsis edildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olundu. 
Füzuli rayonunun azad olunması istiqamətində ordumuz tərəfindən həyata keçirilən hərbi tapşırıqlar hələ uzun müddət hərb sənəti kimi öyrəniləcək və təbliğ olunacaqdır. 
Bu tarixi Qələbə günləri dövlətimizin başçısı tərəfindıən əbədiləşdirilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. 
Füzuli işğaldan azad olunduqdan sonra rayonda çox böyük yenidənqurma və abadlıq işləri həyata keçirilməyə başlanıldı. Hazırda Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırıb. 
Qeyd edək ki, Füzulidə həyata keçirilən abadlıq-quruculuq işlərinə ölkəmizə dost-qardaş olan dövlətlər də qoşulub. Belə ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.
 Azərbaycan Respublikasının Prezidentinin Füzuli rayonuna etdiyi çoxsaylı səfərlərini, təmalqoyma mərasimlərində şəxsən iştirak etməsini və aparılan tikinti işləri ilə yerində maraqlanmasını əsas götürərək deyə bilərik ki, həyata keçirilən yenidənqurma işlərinə ən ali səviyyədə diqqət və qayğı göstərilir. Bütün bunlar da soydaşlarımızın öz yurdlarında azad, firəvan və təhlükəsiz şəkildə yaşamasına xidmət edir. 
Abdulla Məmmədov 
Şəhid İlkin Məmmədovun atası,
Füzuli rayon sakini / azxeber.com

Siyasi     Baxılıb: 108   Tarix: 18 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə XİN: Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib. Bu barədə Türkiyə XİN-in tviter hesabında paylaşım edilib. "Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun! Həm kədərdə

Paşinyan Ərdoğanla görüşmək üçün Ankaraya gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Ankaraya gedəcək və orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə erməni KİV-i diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, Ərdoğa

İran İsrailin nüvə proqramına dair məxfi sənədləri açıqladı – ŞOK DETALLAR BİLİNDİ

İran mediası İsrailin nüvə proqramına dair əldə edilən məxfi sənədlərin ilk hissəsini ictimaiyyətə təqdim edib. Məlumata görə, sənədlər birbaşa İsrail rejimindən əldə olunub və beynəlxalq ictimaiyyətə, xüsusilə də Beynəlxal

Hikmət Hacıyev Çex Respublikasının rəsmiləri ilə görüdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çex Respublikasının xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşüb. Bu barədə Azərbayca

Ərdoğan Pezeşkiyanla danışdı: Nələr müzakirə edilib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkiyanla telefon danışığı aparıb. xəbər verir ki, Ərdoğan söhbət zamanı İsrailin İrana qarşı həyata keçirdiyi qanunsuz hücumları qətiyyətlə pislədiyini bildiri

Azərbaycan niye NATO-ya üzv olmur? - İLGİNC SƏBƏBLƏR

"SSRİ-nin dağılmasından sonra keçmiş Sovet respublikaları NATO ilə münasibətlərdə fərqli istiqamətlərdə irəliləməyə başladılar. Baltikyanı ölkələr, Latviya, Litva və Estoniya birbaşa NATO-ya üzv oldular. Digər postsove

Azərbaycanda Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. xəbər verir ki, 32 il əvvəl – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişa

Prezident İlham Əliyev Britaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlza təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət,. Böyük Britaniya və Şimali İrlandiya Birləşmi

Kremldən Britaniyaya ŞOK HƏDƏ - Kəşfiyyat məlumatı qalmaqalı

Rusiya son günlərdə Ukrayna müharibəsi fonunda Qərb ölkələrinə qarşı ittihamlarını daha da sərtləşdirib. Fransa, Almaniya və ABŞ-ı Kiyevə dəstək verməkdə günahlandıran Moskva, xüsusilə Böyük Britaniyanı hədəfə alıb. xəbə


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler sou biznes valyuta havanın temperaturu