"Gazelli Group" bütün uşaq evi və internatları antiseptik vasitələrlə təmin etdi
"Gazelli Group" bütün uşaq evi və internatları antiseptik vasitələrlə təmin etdi
"Gazelli Group" əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və mənfi təsirinin məhdudlaşdırılması üzrə tədbirləri dəstəkləyərək, holdinq Təhsil Nazirliyinin nəzdindəki bütün internat məktəbləri və uşaq evlərini bir aylıq antiseptik vasitələr, maye sabunları və şampunlarla təmin edib.
Şirkətdən verilən açıqlamada belə qeyd olunub:
"Kütləvi istehlak məhsullarını istehsal edən irimiqyaslı bir holdinq olaraq, biz vətəndaşlar və dövlətimizə qarşı sosial məsuliyyətimizi dərk edirik və məhz buna görə növbəti addımımız Təhsil Nazirliyinin nəzdindəki bütün internat məktəbləri və uşaq evlərini bir aylıq antiseptik vasitələr, maye sabunları və şampunlarla təmin etmək oldu. Yalnız gücümüzü birləşdirərək bu virusun daha çox yayılmasının qarşısını ala və ona qalib gələ biləcəyik. Hal-hazırda əhalinin sağlamlığının qorunması üçün dövlət tərəfindən tətbiq olunan bütün tədbirləri dəstəkləmək çox vacib məsələdir. Şirkətimiz adından bütün vətəndaşları evdə qalmağa, yalnız zəruri hallarda evdən maska və əlcək taxaraq çıxmağa, əlləri tez-tez yumağa və antiseptik maddələrdən istifadə etməyə çağırırıq. Diqqətli olun və sağlam qalın!".
Bu sözlərlə bərabər şirkətin nümayəndəsi qeyd edib ki, "Gazelli Group" koronavirusun yayılmasının qarşısını almaq üçün növbəti addımları atmağa hazırdır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb