Gecə klubundakı partlayışda yaralanan daha bir nəfər öldü
Bakıda "Location" gecə klubunda yaralananlardan daha biri vəfat edib.
TƏBİB-dən azxeber.com-a bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.
Xəbəri Baş Prokurorluq təsdiqləyib. Prokurorluqdan qeyd edilib ki, bu hadisə ilə bağlı istintaq işi davam edir.
Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location" klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
Putin narahatdır, Gerasimov prezidenti aldadır
Bakıda qadın evinin həyətində ölü tapıldı
"Qurani-Kərim"lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü - Foto
"İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki..."
İran ABŞ ilə danışıqlar barədə məlumatları təkzib etdi
Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB
ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki
Elşad Qarayevin vəsiyyəti nədir?
Demet Akalın vəsiyyətini açıqladı