Gecə yeyilən yeməklər bu xəstəliyə səbəb ola bilər
İnsan orqanizminin metabolik sisteminin fəaliyyəti əzəldən günorta yemək yeməyə, gecə vaxtı isə aclıq etməyə köklənib. Bu prinsipə riayət edilməməsi maddələr mübadiləsində pozuntularla bağlı ciddi problemlərin yaranmasına səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Yelena Prokopenko bildirib. O hesab edir ki, vaxtından gec qəbul olunan şam yeməyi diabetin inkişafı riskini artırır və digər xəstəliklərin yaranmasına təsir edə bilər.
Yelena Prokopenko dəqiqləşdirib ki, vaxtından gec qəbul olunan qida qəbulunun sağlamlığa mənfi təsiri qəbul edilən qida məhsullarının növündən asılı deyil. Onlar orqanizmdə mənfi hormonal dəyişikliklərə, metabolizmin ləngiməsinə, artıq çəkinin yaranmasına meyilliyə səbəb ola bilər.
"Qidanın gecə vaxtı qəbulu periferik parçalarda insulinə qarşı həssaslığı və mədəaltı vəzi tərəfindən onun istehsalını dəyişdirir. Bundan başqa, o, gecə vaxtı vegetativ sinir sisteminin işinə və eləcə də qan təzyiqinə, bədən temperaturuna, iltihabın və plazma zülallarının göstəricilərinə, bağırsaq, dəri, digər orqanların mikrobiotasına təsir edir", – deyə ekspert əlavə edib.
Endokrinoloq vurğulayıb ki, mənfi təsir hətta birdəfəlik gecə yeməyi qəbulu halında da müşahidə olunur. Bu zaman insanda qanda şəkər konsentrasiyası artır. Qida saat 20.00-dan sonra qəbul olunduqda, piy yığınlarının artması riski insanın yuxuya getməsi vaxtından asılı olmayaraq artır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar
Rus ordusu üç kəndi işğal etdi
Prezident ailəsinin İsmayıl Samani türbəsindən - Fotoları
Daha bir erməni əsgərin meyiti tapıldı
Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib
Prezidentlər və xanımları İsmayıl Samani türbəsində
Göyçayda 40 yaşlı kişini ilan sancdı
Erməni leytenant Zəngəzurda çənəsindən vuruldu – Dostları deyir ki…
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Tanınmış teleaparıcının qızı da tələbə adını qazandı - FOTOLAR