Gələn il bu müavinətlər artırılacaq

Gələn il bu müavinətlər artırılacaq2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
azxeber.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova parlamentin üç komitəsinin bugünkü birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi daim diqqət mərkəzindədir və iqtisadi çətinliklər bu prosesə mane olmayıb.
Deputatın sözlərinə görə, əksinə, bütün növ pensiyaların, sosial müavinətlərin, təqaüdlərin və digər ödənişlərin məbləği hər il artırılıb.
"Gözlənildiyi kimi, gələn il də dövlət büdcəsi sosial yönümlü olacaq", - deyə o bildirib.
Komitə sədri xüsusilə gələn il bir sıra birdəfəlik və aylıq sosial müavinətlərin, o cümlədən uşağın doğulmasına görə birdəfəlik müavinətin və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq müavinətlərin əsaslı şəkildə artırılmasının nəzərdə tutulduğunu vurğulayıb.
O, həmçinin bildirib ki, hər il olduğu kimi, 2027-ci ilin dövlət büdcəsində də məişət zorakılığına, insan alverinə və erkən nikaha məruz qalmış şəxslərə, sağlamlıq imkanları məhdud olan uşaqlara və onların ailə üzvlərinə dəstək göstərilməsi üçün vəsait ayrılıb.
H.Hüseynovanın sözlərinə görə, həmin vəsait bu şəxslərlə sosial, psixoloji və sosial-psixoloji işin təşkilinə, eləcə də bu qəbildən olan digər məsələlərin həllinə yönəldiləcək.
Deputat digər təkliflərin də zamanla reallaşacağına əminliyini ifadə edib.

İqtisadiyyat       Tarix: 13 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətləri

26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər

Bakının Biləcəri qəsəbəsində,"Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın BiləcəriYaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdimolunur. Tikinti mərhələsind

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub. xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçıla

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit

44 gün Azərbaycan xalqının tarixində qürurla xatırlanan günlərdir. Yelo Bank bu münasibətlə Zəfər Gününü müştərilərinə faydalı və yadda qalan bir təklifə çevirir! Noyabr ayının sonunadək rəsmiləşdirilən kreditlər üzrə so

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber.az oxu.az xeberler enson xeberler xəbər.az