Gələn il hansı məhsullar bahalaşa bilər?

Gələn il hansı məhsullar bahalaşa bilər?Bir neçə aydır ki, ölkədə inflyasiyanın artım tempi azalmaqdadır. Rəsmi statistikaya görə, bu ilin yanvar ayında illik inflyasiya 12,5 faiz olmuşdusa, oktyabr ayında bu göstərici 3,9 faiz təşkil edib. İllik inflyasiyanın azalması orta göstəricinin də azalmasına gətirib çıxarıb.
KONKRET.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, ümumilikdə qlobal əmtəə qiymətlərinə nəzərə salanda ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması məlum olur. Bu da Azərbaycanda da özünü büruzə verir. Gözlənilir ki, azalma gələn il də davam edəcək. 2024-cü ildə orta inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılıb.
Lakin müəyyən məhsullar var ki, onların qiymətləri arta bilər. Buna səbəb Vergi Məcəlləsinə edilən dəyişikliklərdir. 
Məcəlləyə edilən dəyişikliklərə görə, siqaret və spirtli içkilərə tətbiq edilən aksiz vergisi artırılır. Dəyişiklik layihəsinə əsasən, aksiz vergisi siqarillanın hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir. Hazırda aksiz vergisi qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.
Gələn il hansı məhsullar bahalaşa bilər?Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün isə bu vergi 0,25 manatdan 2 manata qaldırılır. Həmçinin içməli spirt, araq , tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata yüksəldilir.
Aksiz müəyyən malların satış qiymətinə daxil edilən dolayı vergi növüdür. Nəticədə verginin artması qiymətə təsirini göstərir.  
Qeyd edək ki, bu məhsulların qiyməti cari ildə artıb. Rəsmi statistikaya görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə tütün məmulatları 4,8 faiz, spirtli içkilər isə 3,6 faiz bahalaşıb. Bu müddətdə əhali belə məhsullara 1 milyard 959,6 milyon manat xərcləyib. Alıcıların pərakəndə ticarət şəbəkələrindəki xərclərinin 4,2 faizini siqaret və spirtli içkilər təşkil edib.
Gələn il hansı məhsullar bahalaşa bilər?Bundan başqa, 2024-cü ildən Azərbaycanda işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 faizi qədər deyil, 20 faizi qədər vergi ödəyəcəklər. Nazirlər Nabinetinin müvafiq qərarına görə, işçilərinin sayı 1-10 nəfər, illik gəliri 200 min manatdək olanlar mikro sahibkar hesab olunurlar. Hazırda belə sahibkarların gəlirlərinin 75 faizi vergiyə cəlb olunmur. Məcəlləyə dəyişiklikdən sonra işçilərinin sayı 3-dən az və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olanların gəlirlərinə güzəşt edilməyəcək. Başqa sözlə, bu kateqoriyadan olanların ödəyəcəkləri vergi 4 dəfə artacaq. Bu da özünü belə vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulların və göstərilən xidmətlərin qiymətlərində göstərəcək.
İstənilən halda növbəti ildə də məhsul və xidmətlərin qiymətindəki dəyişikliklər onların ərsəyə gəlməsinə çəkilən xərclərdən asılı olacaq.

Sosial       Tarix: 28 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan xabarlar sonxeberler maliyye xeberler bugun