Gələn il kimlərin maaşı arta bilər?

Gələn il kimlərin maaşı arta bilər?Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılacağını bildirməsi növbəti sosial proqramın konturlarını müəyyən edir.
azxeber.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, burada minimum aylıq əməkhaqqı xüsusi yer tutur. Belə ki, minimum aylıq əməkhaqqının hansı səviyyədə artırılacağı əhəmiyyət kəsb edir. Söhbət ondan gedir ki, bu göstərici əməyin ödənişinin minimum həddini müəyyən etməklə, bir sıra sahələrdə əməkhaqqı məbləğlərinə təsir edir.
Minimum aylıq əməkhaqqı sonuncu dəfə 2025-ci ilin əvvəlində artırılaraq 400 manata çatdırılıb. Həmin il orta illik inflyasiya 5,6 faiz təşkil edib. 2026-cı ilin yanvar-avqust aylarında isə orta illik inflyasiya 5,7 faiz olub. İlin sonunda bu göstəricinin 6 faizi ötməsi mümkündür. Bundan başqa, 2025-ci ildə orta aylıq əməkhaqqında 9,3 faiz artım olub. 2026-cı ilin ilk 7 ayında isə orta aylıq əməkhaqqı 7,2 faiz artıb.
Başqa sözlə, minimum əməkhaqqının sonuncu dəfə artırılmasından ötən dövrdə istər inflyasiya səviyyəsi, istərsə də orta aylıq əməkhaqqı artımı 2027-ci ildə minimum əməkhaqqının ən azı 10 faiz artırılacağı ilə bağlı ehtimal yaradır.
Qanunvericiliyə görə, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz. Bu mənada minimum aylıq əməkhaqqının artması bu həddə məvacib alanların əməkhaqqına təsir edəcək.
Minimum əməkhaqqının artırılması Vahid Tarif Cədvəlinə (VTC) uyğun əməkhaqqı alanların maaşlarının artması deməkdir. Cədvəl üzrə ən aşağı əməkhaqqı 1-ci dərəcə olmaqla minimum əməkhaqqıdır. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal və digər sahələrdə çalışanlar aiddir.
Qanunvericiliyinə görə, VTC-nın tətbiqi büdcədən maliyyələşdirilən bütün müəssisə, idarə və təşkilatlar (dövlət idarəetmə və hakimiyyət, müdafiə, hüquq-mühafizə orqanları istisna olmaqla) üçün məcburidir. Digər müəssisə, idarə və təşkilatların işçilərinin VTC əsasında təyin olunmuş əməkhaqları müvafiq ixtisas dərəcəli işçinin əmək normasının yerinə yetirilməsi üçün əməyin ödənilməsinin minimum məbləğinin mütləq dövlət təminatıdır. Bu baxımdan minimum əməkhaqqının artımı VTC-nin bütün pillələri üzrə artıma imkan verir.
Minimum əməkhaqqının artması təkcə maaşlar üçün əhəmiyyət daşımır. Belə ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənlərin məcburi dövlət sosial sığorta haqları minimum əməkhaqqına uyğun müəyyən edilir. Həmçinin vergi uçotuna alınmış fiziki şəxslərin aylıq icbari tibbi sığorta haqları da minimum əməkhaqqına əsaslanır. Bu baxımdan minimum əməkhaqqının artması belə ödənişlərin də artmasına gətirib çıxarır.

İqtisadiyyat       Tarix: 07 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir

Ölkənin seçilən banklarından olan Bank of Baku biznes sahiblərinə öz maliyyə vəsaitlərini dəyərləndirmək və gəlir mənbəyinə çevirmək fürsəti təqdim edir. xəbər verir ki, HÜQUQİ ŞƏXSLƏR öz sərbəst vəsaitlərini Bank of Baku-d

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bəyan etməsi növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxılacağ

AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasınd

PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar

2 oktyabr 2026-cı il tarixində PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov PASHA Bank Georgia-nın Müşahidə Şurasının sədri, PAŞA Bankın İdarə Heyətinin üzvü və baş risk inzibatçısı Pərvin Əhədzadə isə Müşahidə Şurasını

Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit

Yeni ev almaq istəyirsən, amma qarşıda bircə mənzil yox,çoxlu sual dayanır: harada olsun, neçə otaqlı olsun, hazır olsun, yoxsatikintidən seçim edilsin? Əslində, seçim imkanları nə qədər çoxdursa, sənəuyğun mənzili tapma

İlk kredit müraciətinə 1% endirim və 0% komissiya

Hər yeni addım böyük bir təcrübənin başlanğıcıdır. Həyat keyfiyyətini artıracaq planları gerçəkləşdirmək üçün Yelo Bank-ı seçənlər bu addımın nə qədər doğru olduğunu ilk andan hiss edirlər.  Yelo Bank-dan ilk dəfə nağd kredi

Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb

Unibank və Niderlandın sahibkarlığın inkişafı bankı FMO əməkdaşlıqlarında yeni mərhələnin başladığını və ümumi məbləği 50 milyon ABŞ dolları, müddəti isə 4 il olan strateji müddətli maliyyələşdirmə sazişinin imzalandığın

"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR

Marsol Academy-nin təşkilatçılığı ilə 4 oktyabr tarixində "Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirilib. xəbər verir ki, "Kavkaz Logistics"in baş sponsorluğu, "Premiu

Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluqçularının pensiya yaşına çatarkən alacaqları maliyyə ödənişləri ilə bağlı qaydalar ayrıca əksini tapıb


azerbaycan xeberleri yeni xeberler son xeberler siyaseti xeberler bugun cəbhədən son xəbər xeberler bugun 2026 bu gune olan xeberler