Gələn ildən sosial yardım nə qədər artacaq?

Gələn ildən sosial yardım nə qədər artacaq?"2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımından vacibdir".
azxeber.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında şərh verib.
Deputat qeyd edib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq:
Ətraflı
"Eyni zamanda, ehtiyac meyarı artırılacağı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.
Məsələn: ailənin 5 üzvü var və həmin ailənin aylıq rəsmi gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1425 manat (5 nəfər x 285 manat) ehtiyac meyarı, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 525 manat (1425 manat - 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda, o, proqram çərçivəsində ayda dövlətdən 525 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq.
Belə ki, həmin ailə üçün ehtiyac meyarı gələn ildən 1500 manata yüksəlir (5 nəfər X 300 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 525 manat deyil, 600 manat (1500 manat- 900 manat) olur".
V.Bayramov əlavə edib ki, hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı sosial yardım alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq".

İqtisadiyyat       Tarix: 24 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəs

"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, yeni mexanizmə əsasən, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi planlaşdırılır

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ

Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək

Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxi

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. -un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığ

"Marsol Zəfər Kuboku"nun qalibi bəlli oldu: "Birbank Biznes" 5-ci dəfə çempion oldu - FOTOLAR

4 noyabr tarixində Marsol Academy və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, "Techno Shop" şirkətinin baş sponsorluğu "Inch Mark" və "Sonifer" şirkətinin sponsorluğ


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər son xeberler 2026 meherremlik 2026 sonxəbərlər