"Marsol Zəfər Kuboku"nun qalibi bəlli oldu: "Birbank Biznes" 5-ci dəfə çempion oldu - FOTOLAR
4 noyabr tarixində Marsol Academy və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, "Techno Shop" şirkətinin baş sponsorluğu "Inch Mark" və "Sonifer" şirkətinin sponsorluğu ilə 8 Noyabr - "Zəfər Günü"nə həsr olunan "Nə? Harada? Nə zaman?" adlı şirkətlərarası 5-ci "Marsol Zəfər Kuboku" intellektual yarışması keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, Təhsilin İnkişafı Fondunun sədri Nicat Məmmədli eləcə də millət vəkili Vüqar İskəndərov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, sahibkarlığın intellektual inkişafında bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Çıxışçılar həmçinin Zəfər Gününün xalqımızın tarixində mühüm əhəmiyyət daşıdığını qeyd edərək, şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı arzulayıblar.
Marsol Group partnyoru olan 17 şirkət və dövlət qurumlarının təmsil olunduğu yarışmada ümumilikdə 100-dən çox şirkət nümayəndəsi iştirak edib. Olduqca maraqlı və dinamik suallarla keçən yarışmada komandalar bilik və məntiq mübarizəsində güclərini sınayıblar.
Yarışmanın yekununda qalib komandalar müəyyən olunub. "Birbank Biznes" komandası 5-ci dəfə keçirilən "Marsol Zəfər Kuboku"nun qalibi olub. "Paşa Life" komandası 2-ci, "Roof Academic Training" şirkətinin komandası isə 3-cü yeri tutub.
Qaliblər diplom, medal, pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunublar.















Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb