Gənc müğənninin yeni nəfəs verdiyi "İntizar": "Deyəsən, dinləyicilərin qəlbini oğurlaya bildim…
"İnanıram ki, yeni oranjemanda, yeni nəfəsdə olan bu ifam musiqisevərlər tərəfindən maraqla qarşılanacaq".
Bu sözləri illərin sənətkarı, Xalq artisti Elmira Rəhimovanın repertuarında xüsusi yer tutan məşhur "İntizar" mahnısı ilə musiqi gündəmini dəyişən gənc və istedadlı müğənni Sehri Əliyeva deyib.
Xalq artisti Aygün Bayramovanın yetirməsi olan Sehri bu mahnının səhnə fəaliyyətində ona böyük uğur qazandıracağına ümid bəslədiyini bildirib:
"İllərlə əsl sənətkarlardan dərs almışam. Əvvəlcə Asəf Zeynallı adına Musiqi Kolleci, ardınca Milli Konservatoriyada Xalq artisti, sevilən muğam ifaçısı Aygün Bayramovanın sinfini bitirdim. Hazırda magistr pilləsində təhsilimi davam etdirirəm. 9 ildir ki, ustadların yanında sənətin incəliklərini öyrənən, korifeylərin əlindən su içən gənc bir ifaçı kimi özümü digər fərqli janrlarda da sınamağa qərar verdim.
Musiqi dünyamızda öz möhürünü vuran sevimli sənətkar Elmira Rəhimovanın repertuarına müraciət etdim. Sözləri Südabə Şəfaya, musiqisi isə Nüşabə Muradovaya məxsus olan məşhur "İntizar" mahnısını oxudum. Belə demək mümkündürsə, mahnıya yeni nəfəs gətirdim, yeni ruh verdim. Əlbəttə, bu addımla nə qədər böyük məsuliyyət daşıdığımın da fərqindəyəm. Elmira Rəhimova kimi böyük sənətkarın repertuarına müraciət etmək sözsüz ki, gənc bir ifaçıdan hədsiz cəsarət, özgüvən, istedad, musiqi duyumu tələb edir. Həm də söhbət milli musiqimizdə xüsusi yeri olan bənzərsiz "İntizar" mahnısından gedir.
Açığı, bu ifa ilə bağlı mümkün tənqidlərə və fərqli fikirlərə özümü öncədən hazırlamışam. Amma dünəndən mahnını müxtəlif sosial platformalarda paylaşmışıq. İzləyicilər tərəfindən o qədər xoş fikirlər yazılır ki, yaranan təəssürat məndə olan ilk qorxu, həyəcan və narahatlığı xeyli azaldıb. Deyəsən, dinləyicilərin qəlbini oğurlaya bildim. Ümid edirəm və ən əsası, inanıram ki, yeni oranjemanda, yeni nəfəsdə olan bu ifam musiqisevərlər tərəfindən maraqla qarşılanacaq, gənc müğənni olaraq, mənə gələcək səhnə fəaliyyətimdə böyük uğurlar qazandıracaq".
/ azxeber.com
f Paylaş
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Qızıl və gümüş bahalaşdı
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ