Gənc rəssamlar mükafatlandırıldı - FOTO

Gənc rəssamlar mükafatlandırıldı - FOTOGənc rəssamlar mükafatlandırıldı - FOTO
Ötən ilin 7-25 dekabr tarixlərində Gənclər və İdman Nazirliyi tərəfindən 14-29 yaşlı gənc rəssamlar arasında həyata keçirilmiş rəsm müsabiqələrinin qalibləri bəlli olub.
"Azərbaycanın qəhrəmanlıq salnaməsi gənclərin gözü ilə" və "COVID-19 pandemiyasi ilə bağlı gənclərin rəsm müsabiqəsi" başlıqları altında gerçəkləşmiş müsabiqələrə Bakı şəhəri və respublikanın regionlarından 700-dən çox rəsm təqdim edilib. İşlər Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev tərəfindən qiymətləndirilib.
"Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə" adlı müsabiqənin qalibləri:
1-ci yer – Yaqubova Zeynəb
2-ci yer – Abdullayev Babək
3-cü yer – Yadigarlı Aynur
"COVID-19 pandemiyasi ilə bağlı gənclərin rəsm müsabiqəsi" mövzusunun qalibləri:
1-ci yer – Heybətova Əsmər
2-ci yer – Hüseynova Lalə
3-cü yer – Abbaszadə Rüfət
1-ci yerin qalibinə 500 manat, 2-ci yerin qalibinə 300 manat, 3-cü yerin qalibinə 200 manat pul mükafatı veriləcək və qaliblər nazirliyin diplomları ilə təltif olunacaqlar.
Digər maraqlı işlərin müəllifləri isə Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla mükafatlandırılacaq. Eyni zamanda, seçilmiş işlərin üç dildə kataloqu və posterləri çap edilərək yayımlanacaq.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) bəndini rəhbər tutaraq və "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.2.1 (gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikasi, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi) bəndinin icrasının həyata keçirilməsi məqsədilə təşkil edilib.
Gənc rəssamlar mükafatlandırıldı - FOTOGənc rəssamlar mükafatlandırıldı - FOTOGənc rəssamlar mükafatlandırıldı - FOTOGənc rəssamlar mükafatlandırıldı - FOTOGənc rəssamlar mükafatlandırıldı - FOTOGənc rəssamlar mükafatlandırıldı - FOTO

Sosial       Tarix: 04 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son vəziyyət en son xeberler xəbərlər.com zelzele