Gəncə sakinindən İDDİA: "Atama əlillik dərəcəsi düzgün verilməyib" - FOTO
Gəncə sakinindən İDDİA: "Atama əlillik dərəcəsi düzgün verilməyib" - FOTO
Gəncədə yaşayan vətəndaşlardan biri atasının vəziyyəti ilə bağlı müraciət ünvanlayıb.
Oxu.Az-ın redaksiyasına müraciət edən Ruhiyyə Həsənova deyir ki, onun atasının vəziyyəti günbəgün ağırlaşır. Bir neçə il əvvəl ağciyərində yaşanan problem səbəbindən (vərəm) xəstəxanada yatıb və ona ikinci qrup əlillik dərəcəsi verilib:
"1957-ci il təvəllüdlü Məhəmmədi Əli Abdulla oğlu ikinci qrup əlildir. Pensiya alır. Lakin vərəm atamın vəziyyətini ağırlaşdırıb. Gəncədə əməliyyat olundu, bundan sonra ümumiyyətlə yataqdan qalxa bilmir. İki ildir atam zülm çəkir. Həkim gəlir, kateteri dəyişir gedir, dərmanları var - hamısı xərcdir. Heç bir hərəkət edə bilmir.
Həkimlər müayinə zamanı atamın vəziyyətinin ağırlaşdığını təsdiq edir, ona ikinci qrup yox, birinci qrup əlillik dərəcəsinin düşdüyünü deyirlər. Amma sənədləri göndəririk bizə imtina cavabı gəlir. Bizə köməklik etməyinizi xahiş edirik".
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən sorğuya cavab olaraq bildirdilər ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.

Könül Cəfərli

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR