Gəncədə evi dağılan qadın şikayətçidir: İcra Hakimiyyətindən AÇIQLAMA - FOTO

Gəncədə evi dağılan qadın şikayətçidir: İcra Hakimiyyətindən AÇIQLAMA - FOTOGəncədə evi dağılan qadın şikayətçidir: İcra Hakimiyyətindən AÇIQLAMA - FOTO
"Oktyabrın dördündə Ermənistanın Gəncə şəhərinə atdığı ilk raket mənim evimə düşüb. Altı nəfərdən ibarət ailə üzvlərimiz həmin gün evdə olduğuna görə hamımız yaralanmışıq. Ən ağır vəziyyətdə isə mənəm, sol gözümü itirmişəm, bədənim qəlpələrlə doludur. dörd aydır çadırda, avtomobildə yatırıq. Erməni terroru nəticəsində evi qəzalı vəziyyətə düşmüş hər ailəyə altı min, hər ailə üzvünə 1500 manat vəsait ayrılıb, amma bizim haqqımızı vermirlər".
Bu iddia ilə "Qafqazinfo"ya Gəncə şəhəri, Əziz Əliyev küçəsi ev 9 ünvanında yaşayan Vüsalə Əliyeva müraciət edib. Onun sözlərinə görə, on otaqlı evinin bir hissəsini gözəllik salonu, bir hissəsini isə şirniyyat sexi kimi işlədib. İddiasına əsasən, ev tamamilə dağıldığından, ailə həm də gəlirindən məhrum olub:
"Evimiz bombalanan gün əynimizdə olan cırıq paltarlarla evdən çıxmışıq. Bəlkə də, iş yerim başqa yerdə olsaydı, dolana bilərdim, indi evlə yanaşı, həm də iş yerimdən olmuşam. Bu dörd ay ərzində üç dəfə 250 manat kirayə pulu veriblər. Bu məbləğə altı nəfərlik ailə üçün kirayə ev haradan tapım? Zərərçəkmişlər üçün ayrılan yataqxanaya da getdim, orada da yer yox idi. İndi də kartıma cəmi 1000 manat pul qoymaq istəyirlər". 
Şikayətçinin iddiasına görə, bu müddət ərzində müalicəsinə də yardım olunmayıb: "İki dəfə qonşuların, qohumların hesabına gözümdən əməliyyat olunmuşam. Qurumlar bizi qəbul etmirlər. Bizə bildirirlər ki, guya yardım ayrılmayıb. Gəncə Şəhər İH-nin başçısı ilə görüşmək üçün dəfələrlə gedib-gəldim, iki dəfə ərizə yazdım, amma məni onun yanına buraxmadılar. İcra Hakimiyyətinin baş hüquqşünası Xaqani Əbdüləzimov deyir ki, hamıya min manatdan pul veriləcək, gedin təzədən qərarı oxuyun".
Şikayətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Rzayeva bildirdi ki, qiymətləndirilmə aparılan zaman bu ailənin evi "qismən zərərçəkmiş" kimi qeyd olunub:
"Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli sərəncamıyla mülki əhaliyə dəyən zərərin müəyyənləşdirilməsilə bağlı işçi qrupu yaradılıb. Bu işçi qrup mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi üçün işlər aparıb, yaşayış evlərinə baş çəkib və bu qeyd olunan şikayətçinin evi Tapdıq Abdullayevin adınadır. O ev tərtib olunan siyahıda "qismən zərərçəkmiş" kimi göstərilib. Ona görə vətəndaşa deyilib ki, ailəyə 1000 manat məbləğ ödəniləcək. Amma həmin şəxs təkrarən işçi qrupuna müraciət edib. İşçi qrupu artıq Gəncədədir və ötən gündən etibarən təkrar fəaliyyətə başlayıblar. Hazırda bu vətəndaşın da müraciətinə təkrar baxılır". 
Zərərçəkmişin tibbi müalicə xərclərinə gəlincə isə, G. Rzayeva bildirib ki, erməni terrorundan zərər çəkən şəxslərin tibbi xərcləri dövlət tərəfindən ödənilir: "Görünür həmin vətəndaş özəl xəstəxanaya müraciət edib. Əgər müayinə və müalicəyə ehtiyac varsa, onu təkrar aidiyyati üzrə yönləndirə bilərik".
Vətəndaşın İcra Hakimiyyətində qəbul edilməməsi məsələsi haqda da danışan G. Rzayeva bildirib ki, xüsusi karantin rejimi tətbiq olunandan artıq uzun müddətdir ki, qəbullar onlayn qaydada keçirilir. Bunun üçün vətəndaş ərizə ilə müraciət etməlidir: "Ərizə ilə müraciətdən sonra növbəlilik prinsipi ilə onlayn formada qəbullar həyata keçirilir. Ola bilər ki, həmin xanımın hələ görüş növbəsi çatmayıb".
Gəncədə evi dağılan qadın şikayətçidir: İcra Hakimiyyətindən AÇIQLAMA - FOTOGəncədə evi dağılan qadın şikayətçidir: İcra Hakimiyyətindən AÇIQLAMA - FOTOGəncədə evi dağılan qadın şikayətçidir: İcra Hakimiyyətindən AÇIQLAMA - FOTO

Sosial       Tarix: 09 yanvar 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler yeni xeberler azerbaycan xeberleri hava haqqinda sonxeber en son xəbərlər bugün en son xeberler