Gənclər "Bakcell"in dəstəyilə öz biznesini quracaq
Bakcell şirkəti "SOS Uşaq Kəndləri Azərbaycan" assosiasiyasının himayəsində yaşayan gənclərin iş imkanları və sahibkarlıq bacarıqlarının artırılmasına yönəlmiş növbəti layihəyə dəstək göstərib. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin sosial sahibkarlıq bacarıqlarının artırılması vasitəsilə əmək bazarına inteqrasiyasının təmin edilməslidir.
Layihədə iştirak etmək istəyən gənclər 6 komandaya bölünərək "Komandanın qurulması" ("Team building"), "Gənclərin iştirakçılığı" və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri mövzularında təlim və seminarlarda iştirak edib.
Qusar rayonunda "Sosial sahibkarlıq və biznesin qurulması" mövzusunda keçirilən 5 günlük düşərgədə gənclərə sosial sahibkarlıqla bağlı bilik və bacarıqlarını artırmaq üçün imkanlar yaradılıb. Növbəti mərhələdə onlar mentorların dəstəyilə öz biznes layihələrini hazırlayıb münsiflər heyətinə təqdim edəcək. Qalib elan olunan sosial sahibkarlıq layihələrini reallaşdırmaq üçün gənclərə maliyyə vəsaiti ayrılacaq.
Xatırladaq ki, Bakcell 2009-cu ildən etibarən "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Bu əməkdaşlıq çərçivəsində Assosiasiyanın himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə həyata keçirilən "Öz biznesinə başla və təkmilləşdir" layihəsi "Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi" nominasiyası üzrə "Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"