Gənclər Fondu "VətənimİZ" devizi altında konfrans təşkil edib - FOTO

Gənclər Fondu "VətənimİZ" devizi altında konfrans təşkil edib - FOTO
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən "Azərbaycan Könüllülük Həftəsi" 2 dekabr tarixində "VətənimİZ" devizi altında silsilə tədbirlərlə davam edir.
Bununla bağlı Oxu.Az-a Gənclər Fondundan məlumat verilib.
"VətənimİZ" devizi altında keçirilən tədbirlərə respublikanın 17 şəhər və rayonunda ümumilikdə 1000-dən artıq gənc cəlb olunub. Tədbirlər çərçivəsində könüllü hərəkatları təmsil edən və fəal gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeylərinin ekspozisiyası ilə tanış olublar.
Ulu Öndərin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədi ilə keçirilən tədbirlər tarix və vətənpərvərlik mövzularında sənədli və bədii filmlərin izlənməsi ilə davam edib.
Bu çərçivədə Bakı Gənclər Mərkəzində 300 gəncin iştirak etdiyi "Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans təşkil olunub. Konfransdan sonra gənclər birlikdə film izləyib, ölkədə fəaliyyət göstərən müxtəlif könüllü təşkilatları və hərəkatlarının komandaları arasında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği mövzusunda intellektual kvest yarışması təşkil olunub.  
"Azərbaycan Könüllülük Həftəsi" 9 dekabr tarixinə qədər bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcəkdir. "Şəhidimiz" kampaniyası ilə start götürən Həftə növbəti günlərdə "Könüllülük sərhəd tanımır!" çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlər, "TəbiətimİZ" adı altında ekoloji aksiyaların və digər tədbirlərin təşkili ilə davam edəcək. 
5 dekabr tarixində isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda  və xüsusi konsert-əyləncə proqramında minlərlə gənc iştirak edəcək. Həftənin ən fəal 300 könüllüsü dörd günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəklər.
Gənclər Fondu "VətənimİZ" devizi altında konfrans təşkil edib - FOTOGənclər Fondu "VətənimİZ" devizi altında konfrans təşkil edib - FOTOGənclər Fondu "VətənimİZ" devizi altında konfrans təşkil edib - FOTOGənclər Fondu "VətənimİZ" devizi altında konfrans təşkil edib - FOTOGənclər Fondu "VətənimİZ" devizi altında konfrans təşkil edib - FOTOGənclər Fondu "VətənimİZ" devizi altında konfrans təşkil edib - FOTO

Sosial       Tarix: 03 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar xeberler cəbhədən son xəbər sonxəbərlər