"Gənclər Paytaxtı" Mingəçevirdə ilin ilk düşərgəsinə start verildi - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə 6-10 fevral tarixlərində 2023-cü ilin Gənclər Paytaxtı seçilən Migəçevir şəhərində ilin ilk "Gənclərin Məşğulluq Məktəbi" adlı Qış Düşərgəsi başlayıb. 
Düşərgənin ilk günü iştirakçıların Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək Mingəçevir şəhərində yerləşən abidəsini  ziyarəti ilə başlayıb. 
Mingəçevir şəhəri, Heydər Əliyev Mərkəzində təşkil edilən düşərgənin açılış tədbirində iştirak edən rəsmilər və qonaqlar dövlətin gənclər üçün yaratdığı imkanlardan, bu imkanların gənclər üçün əlçatanlığından, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində atılan addımlardan və düşərgə müddətində həyata keçiriləcək təlim və seminarların əhəmiyyətindən bəhs edərək iştirakçılarla karyera inkişafı ilə bağlı fikirlərini  bölüşüblər.
Açılış tədbirindən sonra düşərgənin ilk günündə intellektual yarış, komanda quruculuğu oyunu, səyyar konsultasiya xidməti keçirilib, günün yekununda iştirakçıların təəssüratları müzakirə edilib və əyləncəli musiqili proqram baş tutub.
5 gün davam edəcək düşərgə müddətində karyera planlaması, səyyar konsultasiyalar, əmək bazarının tələbləri, düzgün iş məqsədlərinin təyini, effektiv iş axtarışı yolları, CV yazılışı, istək məktubunun yazılma qaydası, müsahibəyə hazırlıq qaydaları mövzularında təlimlər, panel müzakirələr, müxtəlif peşələr üzrə master-klasslar keçiriləcək, əyləncəli enercayzerlər, komanda quruculuğu və intellektual oyunlar təşkil olunacaq. Hər günün sonunda isə gəncləri konsert proqramı gözləyir. Düşərgə müddətində Gənclər Paytaxtına kiçik ekskursiya təşkil olunacaq.
Ümumilikdə düşərgədə iştirak məqsədi ilə 1000-dən çox müraciət daxil olmuş, onlar arasından 120 gənc isə seçilərək iştirakçı hüququ qazanmışdır. Seçim zamanı sonuncu kurs tələbələrinə və yeni məzun olmuş ictimai fəal gənclərə üstünlük verilmişdir.  / azxeber.com

Sosial       Tarix: 09 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan son xəbər sonxəbər cebheden xeberler