Gənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər – FOTOLAR

Gənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər – FOTOLARGənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər təşkil edib. Tədbirlər gənclərin Heydər Əliyevin əziz xatirəsini yad etməsi, onun ölkəmiz üçün göstərdiyi əvəzsiz xidmətləri anması və bu böyük irsi gələcək nəsillərə ötürmək məqsədini daşıyıb. Gənclər Heydər Əliyevin həyatını və fəaliyyətini dərin ehtiramla qeyd edərək, onun Azərbaycan dövlətçiliyinə verdiyi töhfələri daha yaxından öyrənmək imkanı əldə ediblər.
Silsilə tədbirlər çərçivəsində ilk olaraq  gənclər təşkilatlarının rəhbər və nümayəndələri I Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər. Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib və abidəsi önünə gül dəstələri qoyulub.
Tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Heydər Əliyev və Azərbaycan: keçmişdən gələcəyə" adlı panel müzakirə keçirilib.
Panel müzakirədə deputatlar Musa Qasımlı, Ceyhun Məmmədov və Məzahir Əfəndiyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris işləri üzrə prorektoru Qasım Məmmədov, Azərbaycan Respublikası Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Yusif Vəliyev, "Böyük Qayıdış" Gənclər Təşkilatının sədri Nail Şükürov və NAYORA-nın baş katibi Nərminə Hüseynzadə iştirak ediblər.
Çıxış edənlər  Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrün mühüm məqamları, milli şüurun inkişafı və Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən islahatlardan danışıblar. Həmçinin, Heydər Əliyevin milli düşüncənin formalaşmasına, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, ordu quruculuğuna və ölkəmizdə ilk ali hərbi məktəbinin yaradılmasına verdiyi misilsiz töhfələrdən bəhs edilib. Bu sahələrdəki xidmətləri Ulu Öndərin rəhbərliyi dövrünün əsas uğurlarından biri kimi qiymətləndirilib.
Tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzinə "İrsin izində" adlı ekskursiya təşkil edilib. Ekskursiyanın məqsədi gənclərin Heydər Əliyevin həyatı, fəaliyyəti və irsi haqqında daha ətraflı məlumat əldə etmələrini təmin etmək, həmçinin onun Azərbaycan tarixinə və mədəniyyətinə verdiyi misilsiz töhfələrini dərindən öyrənmələrinə imkan yaratmaqdan ibarət olub. Ziyarət zamanı gənclər Ulu Öndərin irsini daha yaxından öyrənərək, Mərkəzdəki eksponatlar və sənədlər əsasında Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr barədə müzakirələr aparıblar.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Liderin İşığında" intellektual zirvə yarışı keçirilib. Yarış "Nə? Harada? Nə zaman?" formatında keçirilib. Suallar Heydər Əliyevin həyatı, hakimiyyət dövrləri, Azərbaycanın müasir tarixi və ümumi dünyagörüşü ilə əlaqədar olub. Yarışın qalibi "C", ikinci və üçüncü yerləri isə öz aralarında bölüşən "F" VƏ "D" komandaları isə medallar və hədiyyələrlə təltif olunublar.
Bununla bərabər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş gənclər və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə "Əbədi Yaşıllıq" adlı ağacəkmə aksiyası keçirilib.
Gənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər – FOTOLARGənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər – FOTOLARGənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər – FOTOLARGənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər – FOTOLARGənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər – FOTOLARGənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər – FOTOLARGənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər – FOTOLARGənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər – FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 14 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat xeberleri cəbhədən yeni xəbərlər krminal bu gun cəbhədən canlı