"Gənclərin Moda Festivalı" keçirildi - FOTOLAR

"Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının və "Big Model Agency"nin dəstəyi ilə "Gənclərin Moda Festivalı" uğurla keçirilib.
Festivalın əsas məqsədi gənc istedadların yaradıcılıq potensialını nümayiş etdirmək və Azərbaycan milli ornamentləri ilə geyim ənənələrini müasir interpretasiyada tamaşaçılara təqdim etmək olub.
Tamaşaçılar festival çərçivəsində milli ornamentlərlə bəzədilmiş geyim kolleksiyalarını, eləcə də dinamik pop üslubunda hazırlanmış nümunələri izləyiblər.
Mədəniyyət Könüllüləri İctimai Birliyi artıq ikinci dəfədir ki, gənc dizaynerlərə dəstək məqsədilə moda festivalı təşkil edir. Tədbirdə Birliyin "Fashion Klubu"nun məzunları öz yeni kolleksiyalarını təqdim ediblər. Bununla yanaşı, festivalda dəvət olunmuş modelyerlər də iştirak edərək maraqlı kolleksiyaları ilə tədbirə rəng qatıb. Eyni zamanda Qurama Mərkəzinin ustalarının "Payızın naxışı" kolleksiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzun və tələbələrinin Üzeyir Hacıbəylinin 140 illiyinə həsr etdikləri "Üzeyir sədaları" kolleksiyası tamaşaçıların böyük marağına səbəb olub.
Nümayişlər "Big Model Agency"nin rəhbəri və xoreoqrafı Natiq Əliyevin rəhbərliyi ilə agentliyin modelləri tərəfindən təqdim olunub.
Festivalın musiqili qonaqları sırasında Azərbaycan Dövlət Mahnı Teatrının solistləri – İlhamə Qasımova, Rövşən Qəhrəmanov və İdris Hüseynov çıxış ediblər.
/ azxeber.com

Sosial       Tarix: 26 sentyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler maraqlı xəbərlər son xeberler bu gun bugunun xeberleri