Geniş ərazidə hazırlıq gedir: Bu yerlər Azərbaycana veriləcək – Kazaryan

Geniş ərazidə hazırlıq gedir: Bu yerlər Azərbaycana veriləcək – Kazaryan"Tavuş vilayətinin yuxarı hissəsində yerləşən mövqelərimiz hələ ki əvvəlki yerlərindədir, lakin ərazilərin minalardan təmizlənməsi işləri başa çatdıqdan sonra təhvilvermə prosesi başlayacaq".
KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Tavuş vilayətinin Açarqut icmasının sakini Karen Kazaryan "Pastinfo"ya bildirib.
Onun sözlərinə görə, hazırda Yuxarı Əskipara ərazisində minatəmizləmə işləri davam edir.
Kazaryanın dediyinə görə, bu işlər artıq kifayət qədər geniş bir ərazidə, o cümlədən onun Açarqut icmasında başa çatıb.
"Onlar Şamşadin bölgəsinə qədər çatdılar. Bu yolda Barxudarlı və Şorşulu adlanan ərazilər var. Ora qədər gəlib çıxıblar, bundan sonra təhvilvermə prosesi başlayacaq. Əlbəttə, mən burada deyilənləri danışıram, çünki delimitasiya detalları ilə tanış olan şəxslər ətraflı məlumat paylaşmırlar. Amma bir şey aydındır – Tavuşda artıq bilirlər ki, sovet dövründə azərbaycanlıların yaşadığı Yuxarı Əskipara adlı ərazi təhvil veriləcək. Bundan sonra Tavuş vilayətinin Əskipara icması və Lori vilayətinin yuxarı hissəsi sərhədyanı bölgəyə çevriləcək, Açarqut kəndi isə üç tərəfdən mühasirəyə düşəcək", – deyə, o bildirib.
"Təhvil veriləcək ərazilər var – bunlara Açarqut meşələri ətrafındakı ərazilər də daxildir. Həmin ərazilərdəki otlaqlar da düşmənin müşahidə nöqtələrinin nəzarətində olacaq, necə ki bu, hazırda Sünik (Zəngəzur -red.) və Geqarkunik vilayətlərində baş verir", – deyə, əlavə edib.
Kazaryan bildirib ki, Azərbaycan Ermənistan-Gürcüstan avtomobil yolunun təxminən 70 kilometrlik hissəsinə və Kirants bölgəsindəki 2-3 kilometrlik əraziyə nəzarət edəcək, bura artıq Azərbaycanın ərazisidir.

Siyasi       Tarix: 12 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber sou xeberler havanın temperaturu ən son xəbərlər