Giorgi Pxakadze: "COVID-19-un ikinci dalğası zamanı Azərbaycan Gürcüstanı xilas etdi
Giorgi Pxakadze: "COVID-19-un ikinci dalğası zamanı Azərbaycan Gürcüstanı xilas etdi"
"Artıq bu virusa qarşı necə mübarizə aparacağımızı bilirik".
Bu barədə hazırda Parisdə olan İctimai sağlamlıq üzrə mütəxəssis, Qlobal Peyvənd və İmmunlaşdırma İttifaqının (GAVI) məsləhətçisi və BMT baş katibinin keçmiş məsləhətçisi, professor Giorgi Pxakadze Caliber.Az-a danışıb.
"Sizə bəzi məlumatlar verim - əvvəllər, epidemiyanın əvvəlində reanimasiyaya düşən 10 nəfərdən yeddisi ölürdü. Keçən ilin sonunda on nəfərdən üçü ölürdü. İndi reanimasiyada olan 20 nəfərə bir ölüm düşür. Beynəlxalq protokol, dərman var. Yeni ştammlar xəstələrin sayına görə ölüm sayını artırmır. Düzdür, onlar "Uhan" orijinalından fərqli olaraq getdikcə gənclərə hücum edirlər".
O, Azərbaycanın köməyi sayəsində Gürcüstanda ölüm sayının azalmasına da diqqət çəkib:
"Yeri gəlmişkən, koronavirusun ikinci dalğası zamanı Gürcüstana çox kömək edən Azərbaycana təşəkkürümü bildirmək istəyirəm. Praktiki olaraq ölkəniz sayəsində xilas olduq. Ötən ilin noyabr ayında gündə yeddi min yoluxma olduğu zaman Azərbaycan Gürcüstan xəstəxanalarına oksigen tədarük etdi. Əgər Azərbaycandan gələn oksigen olmasaydı, Gürcüstanda ölüm nisbəti çox yüksək olardı". /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar