Gizli geri sayım başladı: Putin Vaşinqtona ŞOK cavab zərbəsi planlaşdırır

Gizli geri sayım başladı: Putin Vaşinqtona ŞOK cavab zərbəsi planlaşdırırABŞ-ın Rusiya bayrağı altında üzən tankerə müdaxiləsi ətrafında yaranmış vəziyyət hələlik bitmiş sayılmır və bu insident onsuz da mürəkkəb olan Rusiya–ABŞ münasibətlərini daha da kəskinləşdirmək riski daşıyır. Hadisələr təkcə ikitərəfli münasibətlərə deyil, eyni zamanda Ukrayna münaqişəsinin nizamlanması perspektivlərinə və son vaxtlar "Ankoric ruhu" adlandırılan nisbi dialoq ümidlərinə də ciddi zərbə vura bilər.
Gizli geri sayım başladı: Putin Vaşinqtona ŞOK cavab zərbəsi planlaşdırırYanvarın 7-də ABŞ hərbçiləri iki həftə ərzində təqib etdikləri "Marinera" adlı, Rusiya bayrağı altında üzən tankeri saxlayaraq ələ keçiriblər. Rəsmi Moskvanın ilk reaksiyası Rusiya Nəqliyyat Nazirliyindən gəlib. Nazirlik bildirib ki, tanker hələ 24 dekabr 2025-ci ildə Rusiya qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun şəkildə müvəqqəti olaraq Rusiya bayrağı altında üzmək üçün icazə alıb. Rəsmi açıqlamada BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasına istinad edilərək vurğulanıb ki, açıq dənizdə gəmiçilik azadlığı prinsipi qüvvədədir və heç bir dövlət başqa ölkənin yurisdiksiyasında qeydiyyatdan keçmiş gəmiyə qarşı güc tətbiq edə bilməz.
Moskva, görünür, Vaşinqtonun bu addımı atmağa cəsarət etməyəcəyini düşünürdü. Lakin ABŞ riskə getdi. Bu isə Rusiya üçün prinsipial yeni vəziyyət yaradıb. İkinci Dünya müharibəsindən sonra sovet və ya Rusiya bayrağı altında üzən gəmilərin bu cür ələ keçirilməsi presedenti faktiki olaraq olmayıb.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, gəminin yurisdiksiyasının dəyişdirilməsi adətən limanda həyata keçirilir, açıq dənizdə yox. Bu baxımdan 24 dekabr tarixində verilmiş müvəqqəti qeydiyyat qərarının özü də qeyri-adi addım sayılır. Xüsusilə də tanker təqib altında olduğu halda belə sənədin təqdim edilməsi presedentsiz haldır. Adətən müvəqqəti qeydiyyat daxili sular və ya Rusiya limanlarında uzunmüddətli işlər üçün nəzərdə tutulur. Amma indi Rusiya faktiki olaraq bu gəmini və onun heyətini müdafiə etmək öhdəliyi altına girib.
ABŞ isə mövqeyini BMT Konvensiyasının 110-cu maddəsinə əsaslandırmağa çalışır. Həmin maddəyə görə, hərbi gəmilər yalnız müəyyən hallarda – piratçılıq, qul ticarəti, icazəsiz yayım və ya gəminin milli mənsubiyyətinin olmaması zamanı – digər gəmiləri saxlaya və yoxlaya bilər. Vaşinqton məhz sonuncu bəndə istinad edir və məsələni Rusiya ilə deyil, Venesuela ilə bağlı təqdim etməyə çalışır.
ABŞ vitse-prezidenti Cey Di Vens açıq şəkildə bildirib ki, "Marinera" əslində Venesuelaya məxsus tanker olub və Rusiya bayrağı altında üzməsi sanksiyalardan yayınmaq cəhdi idi. Onun sözlərinə görə, Vaşinqton Venesuelaya qarşı siyasətini maliyyə və enerji axınlarına nəzarət üzərindən qurur və neft satışına yalnız ABŞ maraqlarına xidmət edən hallarda icazə verir.
Gizli geri sayım başladı: Putin Vaşinqtona ŞOK cavab zərbəsi planlaşdırırRusiya Xarici İşlər Nazirliyi isə iki gün ardıcıl ehtiyatlı və diplomatik tonda açıqlamalar verib. Moskva ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən gəmiyə çıxmasını diqqətlə izlədiyini bildirib və gəmidə olan Rusiya vətəndaşlarına humanist rəftar tələb edib. Maraqlıdır ki, heyətdə cəmi iki Rusiya vətəndaşı var, qalanları isə Ukrayna və Gürcüstan vətəndaşlarıdır. Onların hamısı ABŞ məhkəməsi qarşısında sanksiyaların pozulması və sahil mühafizəsinin tələblərinə tabe olmamaqda ittiham olunacaqlar.
Hazırda nə Vaşinqton, nə də Moskva açıq eskalasiyaya tələsmir. ABŞ gözləyir ki, Rusiya necə reaksiya verəcək. Kreml isə hələlik nə Putinin, nə də XİN rəhbəri Lavrovun səviyyəsində sərt bəyanatla çıxış edib. Təhlükəsizlik Şurasının iclası ilə bağlı gözləntilər də hələ reallaşmayıb.
Gizli geri sayım başladı: Putin Vaşinqtona ŞOK cavab zərbəsi planlaşdırırBununla belə, risklər kifayət qədər ciddidir. Əgər bu presedent normaya çevrilərsə, ABŞ və onun müttəfiqləri Rusiya "kölgə donanması"na məxsus onlarla, hətta yüzlərlə tankeri hədəfə ala bilər. Bu isə Rusiya neft ixracının faktiki iflici və milyardlarla dollar itki deməkdir. Avropa İttifaqı hələlik tərəddüd edir və üzv ölkələrə ABŞ nümunəsini təkrarlayıb-təkrarlamamaq barədə seçim imkanı verib.
Rusiya daxilində isə daha sərt mövqe tələb edən səslər yüksəlir. Dövlət Dumasında bəzi deputatlar hətta hərbi doktrinaya istinad edərək ABŞ-a "son dərəcə sərt cavab" verilməsini təklif edirlər. Radikal Z-kanallar və cəmiyyətin müəyyən hissəsi də kompromissiz addımlar gözləyir.
Buna baxmayaraq, Kreml görünür hələlik gözləmə mövqeyini saxlayır. Moskva bu insidentin ABŞ-ın Ukrayna üzrə mövqeyinə necə təsir edəcəyini ölçməyə çalışır. Əgər Vaşinqton Kiyevə təzyiqi azaltsa və ya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etsə, o zaman Kremlin səbr kasası daşacaq.
Bu arada ABŞ-da da proseslər sürətlənir. Senator Lindsi Qrem Rusiyaya qarşı yeni, daha sərt sanksiyalar paketi hazırladıqlarını açıqlayıb. Layihə Rusiya neftini alan ölkələrə qarşı 500 faizlik rüsumlar tətbiqini nəzərdə tutur və Trampın buna razılıq verdiyi bildirilir. Sənəd qəbul edilərsə, Çin, Hindistan və Braziliya kimi ölkələr ciddi təzyiq altına düşəcək.
Beləliklə, vəziyyət son dərəcə həssas mərhələyə daxil olur. Həm Vaşinqtonda, həm də Moskvada "gərginlik həddi"nə yaxınlaşma hiss olunur. Əgər tərəflərdən biri emosional addım atarsa, proseslər nəzarətdən çıxa və nəticələr son dərəcə ağır ola bilər.
Putin isə hələlik gözləyir. Amma bu gözlənti sonsuz deyil.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 09 yanvar 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber az xəbərlər.com enson xeberler cəbhədən xəbər