Gömrük əməkdaşına zor tətbiq edən narkotik qaçaqmalçılarının işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Gömrük əməkdaşına zor tətbiq edən narkotik qaçaqmalçılarının işi Ağır Cinayətlər Məhkəməsinə göndərilibMayın 7-də Cəlilabad rayon sakinləri Daxil Zamanov və Vasif Süleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə əldə edib saxlamaları, daşımaları və cinayətkar niyyətlərini həyata keçirən zaman hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmələri faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Cəlilabad rayon prokurorluğundan Open.az-a verilən məlumata görə, istintaqla Vasif Süleymanovun qeyd edilən cinayət əməllərini həyata keçirən zaman xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3 (külli miqdarda törədildikdə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə, Daxil Zamanov isə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hadisə       Tarix: 25 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta az xeber son xeber 2026 valyuta mezennesi 2026