Gömrük-keçid məntəqələrində özbaşınalığa nə vaxt son qoyulacaq? - VİDEO

Gömrük-keçid məntəqələrində özbaşınalığa nə vaxt son qoyulacaq? - VİDEO Gömrük-keçid məntəqələrində özbaşınalığa nə vaxt son qoyulacaq? - VİDEO
Bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlar, həm xarici vətəndaşlar ki, kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir. Azərbaycan vətəndaşları da çox rahat keçməlidirlər və xarici qonaqlar da.
Baku.Tv xəbər verir ki, ölkə başçısının 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bildirdiyi bu irad gömrük-keçid məntəqələrində vətəndaşların üzləşdiyi reallıqdır.  
Hətta müxtəlif vaxtlarda mövcud problemlərlə bağlı media və sosial şəbəkələrdə də məqalələr, video görüntülərlə rastlaşmışıq.  
Kimisi piyada və nəqliyyat vasitələrinin keçidində sıxıntı yaşayır, vaxt itirir, kimisi də gömrük əməkdaşlarının lüzumsuz tələbləri və kobudluğu ilə rastlaşır.  
Elə bir neçə gün öncə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də gömrükdə rastlaşdığı vəziyyətlə bağlı öz sosial şəbəkə profilində paylaşım etmişdi: 
"Gömrükdə bəzən elə situasiyayla rastlaşırıq ki, məsələn zabit səlahiyyətlərini bilmir, öz səlahiyyət həddini aşır və yaxud da gömrük prosedur qaydaları var, hökumətin-gömrüyün qərarları, baxırsan ki, gömrük əməkdaşı bilərəkdən yaxud bilməyərəkdən bundan xəbəri yoxdur ki, bu prosedurlar necə qurulmalıdır. "Balakən-Mazımçay" gömrük postunda uzunluğu 500 metrdən çox piyadaların giriş-çıxış xətti var. Yəni biabırçı bir vəziyyətdədir. Qocası var, uşağı var, xəstəsi var. Gözləmə zalının üzünü heç kim görməyib". 
Gürcüstanla sərhəddəki "Sınıq körpü" və Rusiya ilə sərhəddə yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaşların fikirləri də dediklərimizi tamamilə əks etdirir.  
Ekspertlərin fikrincə, gömrük əməkdaşlarının vətəndaşlarla kobud və lüzumsuz dialoq aparması yolverilməzdir. Vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət edilməlidir.  
"Gömrük işçiləri üçün daimi, mütəmadi olaraq, fasiləsiz treninqlər olmalıdır. Bu treninqlər yetərli qədər deyil, görünür. Gömrük-keçid məntəqələrində infrastruktur özü köhnəlmişdir. Cənab prezident də qeyd etdi, 15 il, 10 il bundan əvvəl yaradılmış infrastrukturdur. İndi tamamilə yeni bir infrastruktur yaradılır və bizim qonşu dövlətlərin bir çoxlarında bu var. Oradan insanlar rahatlıqla keçirlər. Amma gəlib bizim gömrük-keçid məntəqələrində dayanırlar", - deyə "KONSTİTUSİYA" Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev bildirib. 
Osman Gündüz isə qeyd edib ki, bir müddət öncə bununla bağlı böyük bir müzakirələr təşkil olundu: 
"Vətəndaş cəmiyyəti, media qurumları, maraqlı tərəflər, sahibkarlardan çox sayda təkliflər toplandı. DGK-nin yığıdığı təkliflər hökumətə təklif olundu, amma gömrük məcəlləsində dəyişikliklər yoxdur. Mən hesab edirəm, bu dəqiqə gözlənilən sənədin birisi DGK-nin hazırlayacağı bir gömrük məcəlləsi olmalıdır". 
Görünən odur ki, bu sahədə həm gömrükçülərin, həm də istifadəçilərin maariflənməsinə ehtiyac var. 
Çıxış yolu kimi "Yaşıl dəhliz" sistemində olduğu kimi piyada keçidlərində texnoloji yeniliklərdən istifadə edib, məmur-vətəndaş münasibətlərini minimuma endirmək lazımdır. 

/oxu.az

Sosial       Tarix: 16 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 cəbhədən yeni xəbərlər sou biznes bugünki xəbərlər