Gömrük Komitəsi: 'Azərbaycanda məhsulların gömrük rüsumlarının dərəcələri dəyişməyib

Gömrük Komitəsi: 'Azərbaycanda məhsulların gömrük rüsumlarının dərəcələri dəyişməyibAzərbaycanda idxal və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilməyib.
Bunu azxeber.com-a Dövlət Gömrük Komitəsindən (DGK) Nazirlər Kabinetinin 2022-ci ilin 7 aprel tarixli 147 nömrəli Qərarına şərh edərkən bildirilib.
"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə" Nazirlər Kabinetinin 2022-ci ilin aprelin 7 tarixli 147 nömrəli Qərarı yanlış şərh edilərək hansısa məhsulların gömrük rüsumlarının dərəcələrinin artırılıb və ya azaldılması ilə bağlı məlumatlar verilir.
Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyaya əsasən Harmonikləşdirilmiş Sistemdə mövcud uyğunsuzluqların, çatışmazlıqların aradan qaldırılması, həmçinin yeni mal mövqelərin sinifləşdirilməsi məqsədilə Ümumdünya Gömrük Təşkilatının Harmonikləşdirilmiş Sistem Alt Komitəsinin iclaslarında üzv ölkələrin, beynəlxalq təşkilatların və müstəqil ekspertlərin iştirakı ilə dəyişikliklər və düzəlişlər edilməklə yeni versiya nəşr edilir", - DGK-dan bildirilib.
Məlumata görə, 2022-ci ildən Ümumdünya Gömrük Təşkilatının üzv dövlətlərində tətbiq edilməsi nəzərdə tutulan Harmonikləşdirilmiş Sistemin (HS) 2022-ci il variantı (7-ci nəşr) Gömrük Əməkdaşlıq Şurasının 2019-cu ilin 28 sentyabr tarixli Tövsiyəsinə uyğun olaraq təsdiq edilib: "HS 2022 – dünya ticarətinin strukturundakı, həmçinin sosial və ekologiya məsələləri üzrə qlobal dəyişikliklər nəzərə alınmaqla növbəti 5 illik dövrü əhatə edərək 351 yarımmövqe üzrə düzəlişi özündə əks etdirir. "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin 2022-ci il variantına uyğunlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Baş nazir tərəfindən "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə Qərar imzalanıb. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir".
Həmçinin bildirilir ki, qərarda Azərbaycanın Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 2-ci (yeyilə bilən, canlı olmayan həşəratlar), 3-cü (balıqlar), 4-cü (yoqurtlar), 7-ci (göbələklər), 12-ci (toxumlar),15-ci (yağlar və piylər), 16-cı (həşəratlardan hazır məhsullar), 20-ci (şirələr), 22-ci (alkoqolsuz içkilər), 24-cü (tütün məmulatları), 28-ci ( radiaktiv izotoplar), 29-cu (karbohidrogenlərin törəmələri), 30-cu (dərmanlar), 32-ci (boyayıcı preparatlar), 34-cü (səthi-aktiv maddələr), 38-ci (kimyəvi məhsullar), 44-cü (oduncaq məmulatları), 57-ci (döşəmə örtükləri), 62-ci (pambıq ipliyindən məmulatlar), 68-ci (karbon liflərdən parça), 70-ci (şüşə lifindən hazırlanmış məmulatlar), 71-ci (almazlar), 74-80-ci (əlvan metallar), 84-cü (avadanlıqlar, qurğular və robotlar), 85-ci (elektrik avadanlıqlar və led panellər), 87-ci (nəqliyyat vasitələri), 88-ci (pilotsuz uçan avadanlıqlar), 89-cu (qayıqlar və katerlər), 90-cı (lazer diodları və cihazlar), 94-cü (döşək, çarpayı və mebellər), 95-ci (əyləncə və su parkı attraksionları), 97-ci ( incəsənət əsərləri və əntiq əşyalar) mal qruplarında müvafiq dəyişikliklər və düzəlişlər edilmiş, müxtəlif mal mövqeləri üzrə kodlar Harmonikləşdirilmiş Sistemin 2022-ci il versiyasına uyğunlaşdırılıb:
"Eyni zamanda bildiririk ki, sözügedən sənəddə gömrük rüsum dərəcələrində dəyişikliklər həyata keçirilməyib: "Harmonikləşdirilmiş Sistemin 2022-ci il versiyasının Azərbaycanda tətbiqi xarici ticarət əməliyyatları üzrə statistik məlumatların şəffaflığının artırılmasına, yeni texnologiyaların və nou-hauların tətbiqi nəticəsində yaradılmış malların beynəlxalq ticarətin strukturunda etdiyi qlobal dəyişikliklər nəzərə alınmaqla ticarətin asanlaşdırılmasına və bütövlükdə gömrük-biznes əlaqələrinin optimallaşdırılması prosesinə təkan verəcək".

Sosial       Tarix: 13 aprel 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler xəbər.az xankendi