Gömrük Komitəsi: Bu il narkocinayət faktlarının sayı rekord həddə çatıb
Gömrük Komitəsi: Bu il narkocinayət faktlarının sayı rekord həddə çatıb
2019-cu ilin 11 ayı ərzində 350 narkocinayət faktı aşkar olunub ki, bu rekord göstərici hesab olunur.
Oxu.Az xəbər verir ki, bu sözləri qurumun Əməliyyat-istintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı deyib.
O bildirib ki, bu ilin 11 ayı ərzində 12 minə yaxın hüquqpozma faktı aşkarlanıb:
"2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu 2250 fakt çoxdur".
Cari ilin 11 ayı ərzində 350 narkocinayət faktı qeydə alınıb ki, bu rekord göstərici hesab olunur:
"2018-ci ildə isə ümumi olaraq bu fatların sayı 264 olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il narkocinayətlərin sayı 82 fakt artıb.
Bu il 1 ton 21 kq narkotik maddə götürülüb.
Göstəricilərin 893,3 kq heroin, 73,7 kq metamfetamin, 30,6 kq tiryək, 11,4 kq həşiş, 300 qr marixuana, 5,3 kq isə digər narkotik maddələr təşkil edib".
DGK rəsmisi qeyd edib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərindən narkotik vasitələrinin daşınması üçün istifadə edirlər.
Könül Cəfərli /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb