Gömrük Komitəsi karqoda malların gecikdirilməsini real saymır
Gömrük Komitəsi karqoda malların gecikdirilməsini real saymır
Karqoda malların gecikdirilməsi ola bilməz.
Bilmirəm söhbət hansı şirkətlərdən gedir, amma məsələ ilə bağlı fakt olarsa, biz bunu araşdırarıq.
Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, idxalın demək olar ki, bütün sahələrini əhatə edən mallar qısa idxal bəyannamələrinə uyğunlaşdırılır:
"Həmin bəyannamələrə uyğun olaraq fiziki və hüquqi şəxslər gömrük anbarlarına gələrək öz adlarına bəyan etdikləri mallarını rəsmiləşdirərək götürə bilərlər. Bu səbəbdən gecikmə hallarının mümkün olma ehtimalı bizə real görünmür. Əvvəlki hallarda bəlkə də ola bilərdi, amma indi karqoda malların gecikdirilməsi, sıxlığı baş verə bilməz.
Əgər əvvəl bir karqoda 20 adamın malı var idisə, onlardan birinin problemi olanda 19 nəfər də gözləməli olurdu. Amma artıq elə deyil, hər kəs öz malını bəyan edərək, müvafiq rüsumu ödəyir və malını götürür. Təkrar deyirəm ki, hansı karqo şirkəti ilə bağlı gecikmə məqamları yaşanıbsa bizə məlumat verin araşdıraq".
Könül Cəfərli /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb