"Gör nə günə qalmışıq ki, Qarabağ məsələsini yox, Ermənistanın ərazi bütövlüyünü müzakirə edirik" - Oskanyan
Cənubi Qafqazda baş verən hadisələr regionun siyasi palitrasını kökündən dəyişib. Azərbaycanın suveren ərazilərinə nəzarəti tam ələ keçirdikdən sonra bəzi dövlətlərin qeyri-konstruktiv mövqeyi bölgədə müharibə riskini yenidən gündəmə gətirir. Fransanın Ermənistanı silahlandırması və Rusiyanı Cənubi Qafqazdan çıxışdırlıb çıxarmaq cəhdləri geosiyasi planları dəyişir. Qarabağdan əlini birdəfəlik üzən Ermənistanı qayğılandıran məsələ daha çox cənub sərhədləridir. Zəngəzur dəhlizinin keçəcəyi həmin ərazinin əldən gedəcəyindən qorxuya düşən Ermənistan hər cəhdlə dəhlizin açılmasına əngəl yaradır. Amma Azərbaycan öz istəyini gec-tez həyata keçirəcək və Meğri ərazisindən Naxçıvana maneəsiz keçid əldə edəcək. Ermənistanda da bunu anlayırlar və düşmən ölkənin siyasi dairələri Paşinyanın imzaladığı üçtərəfli bəyanatda 9-cu bəndin gec-tez həyata keçiriləcəyindən narahatdırlar. Ona görə də baş nazirin verdiyi hər bir bəyanatı, atdığı hər bir addımı yanlış hesab edənlərin əksəriyyəti keçmiş prezidentlər Koçaryan və Sarkisyanın dövründə vəzifədə olan məmurlardır. Amma onlar arasında eləsi var ki, Paşinyanın hər bir hərəkətini bənd-bənd, dediyi sözləri, oturuşunu, duruşunu detalına qədər analiz edir. Bununla siyasi imic qazanmaq istəyən həmin qüvvələr əslində özlərinin hakimiyyətdə olduğu dövrlər öz imiclərini çoxdan itiriblər. Koçaryan və Sarkisyanın hakimiyyəti zamanı Ermənistanda baş verən hadisələri yerli xalq hələ də unutmayıb və onların başına gələn bu faciələrdə Qarabağ klanının əlindən əməlli-başlı yanıqlıdırlar. Uzun müddət Ermənistanın xarici siyasətinə rəhbərlik edən Vardan Oskanyan da həmin siyasi dairəyə məxsusdur və uzun müddət Azərbaycan-Ermənistan danışıqlarında fəal iştirak edib. Deməli, bu adamın xarici siyasət kursundan anlayışı var və Azərbaycanın gec-tez öz suveren ərazilərinə sahib olacağından xəbərdar imiş. Onlara təklif ediləndən daha çoxuna nail olmağa səy göstərən Ermənistanın o vaxtkı hakimiyyəti reallıqla barışmaq istəmir və Qarabağı Azərbaycandan həmişəlik qoparmağa çalışırdı. Bu işə rəhbərlik edənlərdən biri də Ermənistanın o vaxtkı xarici işlər naziri Vardan Oskanyan olub. Mütəmadi olaraq mətbuatda müxtəlif təkliflərlə çıxışlar edən Oskanyan ölkəsinin məzlum duruma düşməsinə görə Paşinyanı ittiham edir.
KONKRET.az xəbər verir ki, ötən həftə Qranadada Azərbaycanın ərazi bütövlüyünü tanımaq haqqında bəyanatı şərh edən Oskanyan bunu baş nazirin növbəti səhvi adlandırıb:
"Paşinyan səhvlərini davam etdirir. Qranadada imzalanan bəyanat isə qəbuledilməzdir. Orada bir kəlmə də Qarabağ haqqında söhbət getmir. Söhbət Ermənistan Respublikasının ərazi bütövlüyündən gedir. Doğrudan da biz Qarabağ məsələsindən Ermənistan Respublikasının ərazi bütövlüyünün müdafiəsinə gəlmişik. Bunu qəhrəmancasına təqdim edirik. Maraqlıdır ki, Ermənistanın ərazi bütövlüyü Paşinyan üçün qeyri-müəyyəndir.
O, xalqın qarşısında dayanıb, insanların gözünün içinə baxıb deməlidir ki, rəsmən tanıdığı Azərbaycanın 86,6 min kv.km-lik ərazisinə anklav adlandırdığı ərazilər də daxildir? Paşinyanın ətrafınıdakılar yox deyirlər, amma mətbuat konfransında o özü hə deyir. Sizin anladığınız ərazi bütövlüyü budur ki, Ermənistan vətəndaşı İrana və Gürcüstana Azərbaycan ərazilərindən keçib gedəcək"?
Daha sonra müxalifətə səslənən keçmiş xarici işlər naziri bildirib ki, Paşinyanın hakimiyyətə kənar qüvvələr tərəfindən gətirildiyini bəyan edəndə Nikola xüsusi dəyər verirsiniz:"Paşinyanı hakimiyyətə xalq gətirib və xalq onu uzaqlaşdıra bilər. Paşinyan Ermənistanın lideri ola bilmədi, O yararsızdır".
Vəli Həsənov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ