Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
Goranboy şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayev Babakişinin münaqişə zəminində keçmiş həyat yoldaşı, Zaqatala rayon sakini 1996-cı il təvəllüdlü Fatimə Ömərovanı bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.
Xəsarət alan şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.
Hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində F. Ömərovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Abdullayev Babakişi saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, B. Abdullayevin ruhi-əsəb dispanserində qeydiyyatda olduğu bildirilir.
//qafqazinfo / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma