Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama

Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlamaErmənistanın Gorus şəhərində küçələrdən birinə İranın Nain şəhərinin adı verilib. Bu barədə "Fars Nyus" məlumat yayıb. Məlumata görə, ötən il Nain və Gorus şəhərləri arasında qardaşlaşma sazişi imzalanıb. Küçəyə Nain adının verilməsi həmin saziş çərçivəsində atılan ilk konkret addımlardan biri olub.
Siyasi şərhçi Azər Həsrət azxeber.com-a açıqlamasında deyib ki, İran indiki şəraitdə, bu qədər irəli gedib ermənilərlə qucaq-qucağa olmamalıdır:
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama"Biz deyəndə ki, İranla Ermənistan qardaşdır, Azərbaycandakı İran uzantıları bizi durmadan təhqir edirlər. Açıq şəkildə üzərimizə gəlirlər ki, şər atırsınız, İran müsəlman ölkəsidir, ermənilərlə dost ola bilməz. Söhbət iki şəhərin qardaşlaşmasından gedir. Əslində, bu, normal bir şeydir. Sadəcə məsələ ondadır ki, İran indiki şəraitdə, bu qədər irəli gedib ermənilərlə qucaq-qucağa olmamalıdır. Ən azından ona görə ki, Qarabağda 60-dan çox şiə məscidini İranın qardaş dediyi həmin ermənilər dağıdıblar. İşğal etdikləri zaman Azərbaycan torpaqlarını daş-daş üstündə qoymayıblar. 
İran axı özünü şiəliyin mərkəzi hesab edir, dünyaya belə təqdim edir. Bəs harada qaldı o qardaşlıq, harada qaldı o məzhəb təəssübkeşliyi, harada qaldı o din təəssübkeşliyi?".
O qeyd edib ki, İran ermənilərlə qardaş olduqlarını özləri də açıq şəkildə deyirlər:
"İran ermənilərlə qardaş olduqlarını özləri də açıq şəkildə deyirlər. İranın ali rəhbərləri dəfələrlə Ermənistanın rəhbərliyi ilə görüşərkən deyiblər ki, biz qardaşıq, bizim kökümüz bir yerdən gəlir. Yəni, necə olur ki, belə bir şəraitdə biz deyəndə ki, İran Azərbaycanla deyil, Ermənistanla, ermənilərlə qardaşlıq edir, Azərbaycandakı o təbliğatı aparanlar üstümüzə gəlirlər ki, şər atırsınız? İndi İrandan soruşun ki, niyə sizin bir şəhəriniz Ermənistanın bir şəhəri ilə qardaşlaşır? Nə zərurət var idi? Ola bilər, gələcəkdə bəlkə də bunu etmək olardı. Amma indiki şəraitdə, hələ Azərbaycanla sülh müqaviləsi bağlanmamış bir vaxtda məqsəd nədir ki, İran Ermənistanla qardaşlaşır? Əgər İslam təəssübkeşliyi, məzhəb təəssübkeşliyi varsa, İran bunu etməməli idi".
"Bu isə bir daha sübut edir ki, İranın o din və məzhəb təəssübkeşliyi həmin dövlətin siyasi maraqlarına xidmət etməkdən başqa bir işə yaramır. Ona görə də Azərbaycanda İranın arxasınca kor-koranə gedənlər bir qədər gözlərini açıb daha irəli baxmağa çalışsınlar",- deyə, o bildirib.
Şahanə Ziyad

Siyasi       Tarix: 19 avqust 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son xəbər son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026