"Görüşlərin birində Əliyev yaxınlaşıb mənə dedi ki..." - Putin

Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu vəziyyətdə Rusiya nə edə bilər?
azxeber.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.
"2022-ci ilin payızında Praqada Avropa Şurasının rəhbəri Şarl Mişelin himayəsi altında Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Ermənistan və Azərbaycan liderləri bir araya gəldi. Və orada bəyanat imzaladılar, bilirsinizmi... Üstəlik, Ermənistan rəhbərləri Azərbaycan ərazisinin adını birbaşa Qarabağın da daxil olduğu kvadrat kilometrlərlə çəkiblər və qeyd ediblər ki, bir vaxtlar SSRİ-nin tərkibində olan Azərbaycan SSR-in sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini tanıyırlar. Və bildiyiniz kimi, Qarabağ da Azərbaycan SSR-in tərkibində olub.
Yəni Qarabağın statusu ilə bağlı əsas, açar məsələ mahiyyətcə həll olundu. Qarabağ öz müstəqilliyini elan edəndə heç kəs, o cümlədən Ermənistan da onun müstəqilliyini tanımadı. Doğrusu, bu mənə qəribə gəlir, ancaq qərar belə idi, onlar Qarabağın müstəqilliyini tanımırdılar. Praqada isə onlar qəbul etdilər ki, Qarabağ Azərbaycana məxsusdur. Sonra 2023-cü ilin əvvəlində Brüssel görüşündə ikinci dəfə eyni şeyi təkrarladılar.
Yeri gəlmişkən, bu barədə bizə heç kim deməyib. Bu barədə şəxsən mən mətbuatdan öyrəndim. Azərbaycan hər zaman Qarabağı öz ərazisi hesab edib. Amma Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi müəyyən etməklə öz mövqeyində keyfiyyət dəyişiklikləri etdi. Bundan sonra görüşlərin birində Prezident Əliyev mənə yaxınlaşdı və dedi: "Görürsən, hamı tanıdı ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir"...
Baxın, Qarabağın Azərbaycanın tərkibində statusu müəyyən edildikdən sonra hətta sülhməramlılarımızın statusu da keyfiyyətcə dəyişdi.
O, (Əliyev – red.) deyir ki, sizin ordunuz bizim ərazidədir, gəlin, ikitərəfli əsasda qərar verək. Baş nazir Paşinyan təsdiqlədi: "Bəli, indi ikitərəfli əsasda danışıqlar aparmaq lazımdır". Yəni Qarabağ getdi.
Qarabağın statusu ilə bağlı nə istəsəniz, deyə bilərsiniz. Amma Qarabağın statusu ilə bağlı əsas sual bu idi, hər şey onilliklər ərzində bunun ətrafında olub: onun statusunu necə, nə vaxt, kim müəyyənləşdirəcək. Vəssalam! Ermənistan onu həll etdi - Qarabağ rəsmən Azərbaycanın tərkibinə daxil oldu. Bu, müasir Ermənistan dövlətinin mövqeyidir. Yaxşı, biz nə edək?...
Yaxın keçmişdə baş verən hər şey, Laçın dəhlizinin bağlanması və s. bütün bunlar Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasından sonra qaçılmaz oldu. Azərbaycan öz konstitusiyası çərçivəsində orada konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracağı artıq zaman məsələsi idi. Yaxşı, nə deyə bilərsən ki? Buna başqa necə reaksiya vermək olar? Ermənistan tanıdı, amma biz nə edək, "yox" deyək, tanımırıq? Bu ki nonsesdir!
İndi bu barədə danışmayacam, hesab edirəm ki, müzakirələrimizin incəliklərini bildirmək düzgün olmazdı, lakin son günlər və həftələrdə baş verənlər Praqa və Brüsseldə edilənlərin qaçılmaz nəticəsi idi.
Ona görə də cənab Mişel və onun həmkarları o vaxt Ermənistanın baş nazirini belə bir addım atmağa inandıranda - yəqin belə olub, mən dəqiq bilmirəm - birlikdə düşünməli idilər Qarabağ ermənilərinin taleyini: heç olmasa, gərək Qarabağ ermənilərini bu vəziyyətdə nələr gözlədiyini, Qarabağın Azərbaycana inteqrasiyası üçün hansı prosedur olduğunu, təhlükəsizliyin təmin edilməsi və hüquqlarına hörmət edilməsi üçün hansısa prosedurun olduğunu yazaydılar.
Amma orada heç nə yoxdur. Orda yalnız bu bəyanat var ki, Qarabağ – Azərbaycanın tərkib hissəsidir. Vəssalam! Ermənistanın özü belə qərar veribsə, biz nə etməliyik?".
///Mətbuat.az

Siyasi       Tarix: 06 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az sonxeber az ensonxeberler son xeberler azerbaycan