Göyçayda silsilə oğurluqlar edən həmkəndlilər saxlanıldı - VİDEO
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mağaza və evlərdən silsilə oğurluqlar edən həmkəndlilər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, dekabr-yanvar aylarında polisə müraciət edən zərərçəkmişlər onlara məxsus ərzaq mağazasından pul və tütün məmulatları, evlərdən məişət əşyaları, eləcə də su nasoslarının oğurlandığını bildiriblər.
Daxil olmuş müraciətlər əsasında keçirilən tədbirlərlə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Hüngütlü kənd sakinləri – Yalçın Qəribov və Qismət Hacıyev şübhəli şəxs qismində saxlanılıblar. Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdikləri məişət əşyalarını dəyərindən ucuz qiymətə satdıqlarını, pulu isə öz aralarında böldüklərini bildiriblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar