Göz sağlamlığı üçün VACİB MƏSLƏHƏTLƏR

Göz sağlamlığı üçün VACİB MƏSLƏHƏTLƏRGöz sağlamlığı yaşla və qidalanma vərdişləri ilə əlaqədar zamanla zəifləyə bilər.
KONKRET.az pravda.az-a istinadən xatırladır ki, görmə problemlərinin qarşısını almaq üçün düzgün qidalanma mühüm rol oynayır. Gözlər gün ərzində mavi işıq, ultrabənövşəyi şüalar və ətraf mühitin digər zərərli təsirlərinə məruz qalır. Buna görə də, balanslı qidalanma görmə funksiyasını qorumağa və göz xəstəliklərinin yaranma riskini azaltmağa kömək edə bilər.
Gözü Qoruyan Qidalar
A, C, E vitaminləri, sink və omega-3 yağ turşuları ilə zəngin qidalar göz sağlamlığını dəstəkləyir. Bu qidalar arasında aşağıdakılar var:
Bolqar bibəri
Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kahı, cəfəri)
Çərəzlər (qoz, badam)
Yağlı dəniz məhsulları (somon, tuna)
Kök və şirin kartof
Lobya
Avokado
Yumurta
Süd məhsulları
Bu qidalar göz hüceyrələrini qoruyur və yaşa bağlı görmə problemlərinin qarşısını almağa kömək edir.
Göz sağlamlığı üçün ən faydali qidalar:
1. Çiy bibər – C vitamini baxımından zəngin olduğu üçün göz damarlarını qoruyur və katarakt riskini azaldır.
2. Yaşıl yarpaqlı tərəvəzlər – İspanaq, kahı və brokoli C və E vitamini ehtiva edərək göz sağlamlığını dəstəkləyir.
3. Çərəzlər və toxumlar – Qoz, badam və çia toxumu omega-3 yağ turşuları və E vitamini ilə zəngindir.
4. Yağlı balıqlar – Somon, tuna və alabalıq omeqa-3 yağ turşuları ehtiva edərək göz təzyiqini azaldır.
5. Kök – Beta-karoten tərkibli olduğuna görə A vitamini mənbəyidir və gecə görməsini yaxşılaşdırır.
6. Yumurta – Lutein, zeaksantin və sink ehtiva edərək yaşa bağlı görmə problemlərinin qarşısını alır.
7. Subtropik meyvələr (portağal, limon, qreyfurt) – C vitamini ilə zəngin olduğu üçün göz damarlarını qoruyur.
8. Brokoli və brüssel kələmi – Beta-karoten, lutein və C vitamini ehtiva edərək göz hüceyrələrini qoruyur.
9. Narıncı rəngli meyvə və tərəvəzlər (şirin kartof, mango, qovun, ərik) – Beta-karoten mənbəyi olduğu üçün A vitamini istehsalını dəstəkləyir.
Göz Sağlamlığına faydali vitaminlər və minerallar
A vitamini – Retina hüceyrələrini qoruyur, gecə görməsini yaxşılaşdırır.
C vitamini – Göz hüceyrələrini sərbəst radikallardan qoruyur.
E vitamini – Hüceyrə membranlarını qoruyur və oksidativ stresi azaldır.
Lutein və zeaksantin – Mavi işığın zərərli təsirlərinə qarşı qoruyucu təsir göstərir.
Omega-3 yağ turşuları – Göz quruluğunun qarşısını alır və retina sağlamlığına müsbət təsir göstərir.
Sink – Yaşa bağlı görmə itkisinin qarşısını alır.
Göz sağlamlığını necə qorumaq olar?
20-20-20 qaydasına əməl edin – Hər 20 dəqiqədən bir, 20 saniyə ərzində 20 metr uzağa baxın.
Günəşdən qorunun – UV filtri olan gün eynəkləri istifadə edin.
Müntəzəm göz müayinəsindən keçin – İldə ən azı bir dəfə göz həkiminə müraciət edin.
Ekran istifadəsini məhdudlaşdırın – Uzun müddət mavi ekrana baxmaq göz quruluğuna və baş ağrısına səbəb ola bilər.
Siqaretdən uzaq olun – Siqaret çəkmək katarakt və görmə problemlərinə yol aça bilər.
Gözləri ovuşdurmaqdan çəkinin – Bu, infeksiyalara səbəb ola bilər.
Yetərincə yuxu alın – Gözlərinizin istirahət etməsi üçün gündəlik yuxu vacibdir.
Kifayət qədər su için və göz damlası istifadə edin – Göz quruluğunun qarşısını almaq üçün vacibdir.
Qeyd: Sağlam qidalanma və düzgün həyat tərzi ilə göz sağlamlığınızı uzun müddət qoruya bilərsiniz.

Sağlamlıq       Tarix: 05 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhət

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki


yeni xeberler azerbaycan xeberleri son xeberler apa.az xeberler en son xeber cəbhədən son xəbər valyuta məzənnələri