Gübrənin qiymətinin artması Azərbaycana necə təsir edəcək? - ÖZƏL AÇIQLAMA

Gübrənin qiymətinin artması Azərbaycana necə təsir edəcək? - ÖZƏL AÇIQLAMARusiya-Ukrayna müharibəsi pandemiyadan sonra yenicə dirçəlməyə başlayan qlobal iqtisadiyyata ağır zərbə vurdu. Müharibə dövründə Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar fonunda ölkələr arasında idxal-ixrac əməliyyatları xeyli zəiflədi. İqtisadi əlaqələrin zəifləməsi bir sıra məhsulların qiyməti artırdı. Belə məshullardan biri də ərzaq təhlükəsizliyində xüsusi rol oynayan gübrədir.
Bəs görəsən, qiymət artımlarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Elman Sadıqov cavablandırıb.
O bildirib ki, hazırda gübrənin qiymətləri bütün dünyada artmaqdadır:
"Bəzi ölkələrdə gübrənin qiymətlərində 80, 100 faiz artım müşahidə olunur. Qiymət artımının əsas səbəbi isə maya dəyərinin bahalaşması ilə bağlıdır. Ukrayna müharibəsi istehsal zəncirində qırılmaya səbəb oldu. Məlumdur ki, Rusiya və Ukraynanın gübrə istehsalında önəmli rolu var. Gübrə istehsalı üçün vacib hesab olan üç əsas element azot, fosfor və kaliumdur. Ən çox lazım olan gübrələrdən biri də azotdur. Çünki azot əlavə olaraq yemləmə gübrəsi kimi istifadə olunur. Bu yaxınlarda Azərbaycanın Sumqayıt şəhərində karbamid zavodu açılıb. Azərbaycan hazırda özü karbamid gübrəsi istehsal edir ki, onun tərkibinin 46.3 faizi azotdur. İdxal olunan gübrələrə nisbətən bu gübrənin qiyməti xeyli münasibdir. Yəni, yerli istehsalın olması belə bir məqamda çox vacibdir. Həmçinin, fosfor və kalium tərkibli qarışıq gübrələr ən çox işlənən gübrələrdən biridir. Təəssüf ki, Azərbaycan bu gübrələri yalnız idxal edir".
Gübrənin qiymətinin artması Azərbaycana necə təsir edəcək? - ÖZƏL AÇIQLAMAEkspert əlavə edib ki, ölkəmizi gübrə istehsalı ilə təmin etməliyik:
"Gələcəkdə gübrə idxalından asılı olmaq ölkəmizin ərzaq təhlükəsizliyinə birbaşa mənfi təsir edən amillərdən biridir. Çünki ərzaq istehsalında maya dəyərinə ən çox təsir edən məsələlərdən biri də gübrədir. Keyfiyyətli və daha çox məhsul istehsalı üçün gübrə ən vacib elementlərdən biridir və gübrə çatışmazlığı kənd təsərrüfatı sahəsində rentabelliyin aşağı düşməsinə səbəb olur. Qiymətlərin baha olması isə məhsulun maya dəyərini yüksəldir. Bu isə bütün dünyada ərzaq tədarükünə mənfi təsir edir. Bu proses əvvəldən proqnozlaşdırılırdı. Dünyanın ərzaq böhranına doğru getməsi barədə bir neçə il öncə alimlər müxtəlif fikirlər səsləndirilmişdi. Tədarük zəncirlərinin qırılması isə bundan sonra ərzaq böhranını daha da dərinləşdirə bilər".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 01 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər son xabar son xeberler azerbaycan en son xeberleri