"Gucci" virtual idman ayaqqabılarını satışa çıxarıb – FOTO
"Gucci" virtual idman ayaqqabılarını satışa çıxarıb – FOTO
Dəbli geyim və aksesuarları ilə tanınan "Gucci" brendi virtual idman ayaqqabılarını satışa çıxarıb.
Bu barədə "Business of fashion" nəşri məlumat yayıb.
Məlumata əsasən, brendin ilk rəqəmsal ayaqqabılarını mobil tətbiq vasitəsilə əldə etmək olar. Ayaqqabıların qiyməti 12 dollardır.
İtaliyanın məşhur dəb evi öz yeni məhsulunu Belarusun "Wanna" IT şirkətilə birlikdə hazırlayıb. Ayaqqabını yüksək reallıq hissi yaradan "Wanna Kicks" mobil tətbiqi vasitəsilə əldə etmək, həmçinin geyib yoxlamaq mümkündür.
Qeyd edək ki, virtual ayaqqabıların ən üstün cəhəti onların heç vaxt korlanmamasıdır.
"Wanna" şirkətinin rəhbəri Sergey Axangelski bildirib ki, 5-10 ildən sonra dəbli brendlərin gəlirlərinin xeyli hissəsini məhz rəqəmsal məhsullar təşkil edəcək. Onlayn şoppinq zamanı isə statik şəkilləri daha maraqlı variantlar əvəz edəcək. Təklif edilən məhsulları virtual reallıq proqramları vasitəsilə geyib yoxlamaq mümkün olacaq.
/oxu.az
f Paylaş
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR