"Güclü Ermənistan" partiyasının namizədləri həbs edildi
Ermənistanda keçirilən parlament seçkilərindən sonra müxalifət fəallarına və deputatlığa namizədlərə qarşı hüquqi təqiblər daha da genişlənib. Ölkənin İstintaq Komitəsi rusiyalı milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" blokuna qarşı irimiqyaslı əməliyyat keçirib.
KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və seçicilərin maddi şirnikləndirilməsi (seçki rüşvəti) ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı çərçivəsində "Güclü Ermənistan" partiyasının deputatlığa namizədləri saxlanılıb.
Ermənistan İstintaq Komitəsinin yaydığı rəsmi bəyanata əsasən, saxlanılan namizədlər barəsində artıq məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq materiallarında iddia olunur ki, müxalif blokun nümayəndələri qanunsuz yollarla əldə edilmiş külli miqdarda vəsaiti seçki kampaniyası dövründə vətəndaşları mitinqlərə cəlb etmək, həmçinin səslərin pulla satın alınması məqsədilə dövriyyəyə buraxıblar. Hüquq-mühafizə orqanları cinayət işi çərçivəsində onlarla ünvanda axtarışlar aparıb və blokun digər üzvlərinin də bu maliyyə fırıldağında iştirak payını araşdırır. Müxalifət tərəfi isə bu həbsləri birbaşa Nikol Paşinyan hakimiyyətinin siyasi intiqamı və seçki prosesinə qanunsuz müdaxiləsi kimi qiymətləndirir.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK