Güclü küləyin Azərbaycan ərazisinə atdığı bayraq İrana qaytarıldı - RƏSMİ
Güclü küləyin Azərbaycan ərazisinə atdığı bayraq İrana qaytarılıb.
Bu barədə KONKRET.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fevral ayının 1-də DSX-nin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının (İİR) dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan ərazisinə düşməsi sərhəd naryadı tərəfindən aşkarlanıb.
İİR dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətirilib, Azərbaycanın və İranın sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumatlandırılıb.
Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.

İranın gizli "qəhrəmanı" ortaya çıxdı: Hücum anonsundan sonra məlumat yayıldı ki…
Bakı sakinlərinin nəzərinə: Metronun yeni stansiyalarının tikildiyi ərazilərdə mənzil qiymətləri qalxacaq
İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Azərbaycan-İran dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparılıb
Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır - İlham Əliyev
Gözətçi qoruduğu restorandan oğurluq etdi
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq
Bakıda mənzildə meyit tapıldı
İmişlidə qəza - Xəsarət alan var
Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşdü
10 gəncə Prezident mükafatı verildi - SİYAHI
Prezident bu Tədbirlər Planını təsdiq etdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
SON DƏQİQƏ: İran hava məkanını bağladı - ABŞ-a cavab zərbələri endiriləcək