Güclü yağışlar nəticəsində Cakarta növbəti dəfə su altında qalıb
İndoneziyanın paytaxtı Cakarta şəhərinin xeyli sayda rayonu leysan yağışlarına görə növbəti dəfə su altında qalıb.
Open.az İndoneziya Təbii Fəlakətlərin Qarşısının alınması Agentliyinə istinadla xəbər verir ki, leysan yağışlar nəticəsində paytaxtın təqribən 40 rayonunun sakinləri evlərini tərk etmək məcburiyyətində qalıblar. Cakartanın şərqində yerləşən Kramat Cati rayonunun daha çox su altında qaldığı bildirilir. Burada suyun səviyyəsinin 80 santimetr qalxdığı qeyd edilir.
Meteoroloqlar şəhərdə daşqınların martadək davam edəcəyi barədə xəbərdarlıq yayıblar.
Qeyd edək ki, Yeni il ərəfəsində İndoneziyada son 12 ilin ən güclü yağışları müşahidə edilib. Təbii fəlakət nəticəsində 67 nəfər həlak olub, 10 minlərlə sakin təxliyə edilib. /open.az

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU