Gülməmmədov və polis generalı Əzimovun hesabatı hələ "gözləmədədir"
Gülməmmədov və polis generalı Əzimovun hesabatı hələ "gözləmədədir"
Milli Məclisin komitə və plenar iclaslarında iki qurumun hesabatı dinlənilməyib.
Oxu.Az-ın məlumatına görə, Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti barədə hesabat hələ parlamentə daxil olmayıb.
Bildirək ki, Hesablama Palatası öz işi barədə Milli Məclisə ildə iki dəfə - yaz sessiyasında, aprelin 15-dən gec olmayaraq və payız sessiyasında, oktyabrın 15-dən gec olmayaraq, hesabat verir.
Hesablama Palatasının hesabatını qurumun sədri Vüqar Gülməmmədov təqdim edir.
Bundan başqa, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun 2019-cu il üzrə məruzəsi müzakirəyə çıxarılmayıb.
Qeyd edək ki, həmin hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edəcək.
Bu, S.Əzimovun yeni vəzifədə ilk hesabatıdır.
Xatırladaq ki, Milli Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı dinlənilib.
Həmçinin, bələdiyyələrin ötənilki fəaliyyəti haqqında məruzə edilib.
Aprelin 24-də Milli Məclisin iclasında Ombudsmanın illik məruzəsi təqdim olunacaq.
Ombudsmanın hesabatı parlamentin İnsan hüquqları komitəsinin aprelin 21-də keçirilmiş iclasında müzakirəyə çıxarılıb.
Aqşin Kərimov
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var