Gümrüdən "qan iyi" gəlir: iki gün sonra

Gümrüdən Martın 30-da Ermənistanın ikinci böyük şəhəri Gümrüdə növbədənkənar mer (həm də Şəhər Şurasına) seçkilər keçiriləcək. Bəllidir ki, növbədənkənar seçkilər oktyabrın 28-də Gümrü meri Vardqes Samsonyanın istefasından sonra təyin edilib. Dekabrda keçirilən praymerizlərdən sonra hakim "Vətəndaş müqaviləsi" Gümrü şəhərinin meri vəzifəsinə Sarik Minasyanı namizəd kimi seçib.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, seçkilərdə Paşinyan partiyasınan başqa 5 partiya və üç siyasi blok iştirak edir.
Müxalifət qüvvələri hakim partiyanın nümayəndəsinin mer olmasına imkan verməməkdə qərarlıdır. Martın 27-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifətin "Ana Ermənistan" alyansının ofisində, qərargah rəhbəri Ara Voskanyanın mənzilində və "Ana Ermənistan" alyansının baş ofisində axtarışlar aparıblar.
"Ana Ermənistan" alyansının bir neçə tərəfdarının mənzillərində də axtarışlar aparılır.
"Hazırda Gümrüdə müxalifətlə bağlı baş verənlər Nikol Paşinyanın reytinqinə olan təhdidlərlə bağlıdır", – müxalifətçi deputat İşxan Saqatelyan jurnalistlərlə söhbətində axtarışları şərh edərkən belə deyib. "Bütün bunlar onu deməyə əsas verir ki, biz bir dəli ilə məşğuluq və onun əlində olan hüquq-mühafizə orqanlarının əməkdaşları onun qeyri-qanuni sərəncamlarını yerinə yetirirlər. Baş prokuror artıq çoxdandır ki, dövlət maraqlarının müdafiəçisi kimi çıxış etməyi dayandırıb, əksinə, sırf Paşinyanın qanunsuz göstərişlərini yerinə yetirən məmur kimi çıxış edir", – Saqatelyan bildirib.
"Vətəndaş Müqaviləsi" daxilində də ciddi gərginlik yaşanır və mer postuna namizəd Sarik Minasyana qarşı partiya daxilində belə ciddi müxalifət var. Ona "narahat olma, hər şey yoluna qoyulacaq" deyilsə də, əslində, vəziyyət düşündüyündən çətindir.Vardan Qukasyanın seçkiyə qoşulması isə digər namizədlər üçün ciddi problemdir, çünki onun Gümrüdə real seçici dəstəyi var. Onu "kriminal aləm" ilə əlaqələndirməyə çalışsalar da, Qukasyanın seçiciləri mövcuddur. Martun Qriqoryan da ciddi seçici bazasına sahibdir və Qukasyan ailəsi ilə uzun illərdir davam edən düşmən münasibətləri var.
Digər namizəd Ruben Mxitaryan isə siyahıdakı ən yeni fiqurdur və siyasətdə, eləcə də şəhər həyatında "təzə sima" hesab edilir.
Paşinyan bu seçkiləri mümkün qədər kriminal kontekstdə aparmaq niyyətindədir. Hakimiyyətin əsas arqumenti belə olacaq: "Yenidən atışma və qətl istəyirsiniz? İstəmirsinizsə, "Vətəndaş müqaviləsi"ni seçin!" Paşinyan " Vətəndaş müqavilə"sinin nümayəndələrinə xəbərdarlıq edib ki, əgər Minasyan uduzsa, buna görə partiyanın bölgə üzrə bütün rəhbərliyi cavab verməli olacaqlar. Hakim partiyanın Gümrü təşkilatında da parçalanma var. Partiyanın yerli sədri Karen Saruxanyan mer namizədi Sarik Minasyanla demək olar ki, əlaqə saxlamır.

Siyasi       Tarix: 27 mart 2025
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler bugunun xeberleri sou biznes novruz bayramı