Gündə neçə stəkan çay içmək olar? - Həkim danışdı

Gündə neçə stəkan çay içmək olar? - Həkim danışdıÇay – dadına, ətrinə və faydalı xüsusiyyətlərinə görə dəyərləndirilən dünyanın ən populyar içkilərindən biridir. Lakin hər bir məhsulda olduğu kimi, çaydan sui-istifadə də sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Olqa Yevlaşeva xəbərdarlıq edib.
O, çayın hansı miqdarının təhlükəsiz olduğunu və hansı əlamətlərin kofein dozasının aşmasına işarə edə biləcəyindən danışıb.
Həkimin sözlərinə görə, gündə 3-4 fincanı (710-950 ml) keçməyən çay qəbulu əksər insanlar üçün təhlükəsizdir. Lakin bu normanı keçmək (xüsusilə tünd çay içənlərə aiddir) onun tərkibindəki yüksək kofein tərkibi ilə əlaqədar bəzi mənfi təsirlərə səbəb ola bilər.
"Çay yarpaqları təbii olaraq kofein ehtiva edir. Bir orta fincan çayda (240 ml) kofeinin miqdarı növündən və dəmləmə üsulundan asılı olaraq 11-61 mq arasında dəyişir".
Həkim bildirib ki, orqanizmdə kofein artıqlığı yuxu pozğunluğu, narahatlıq və təşviş hissi, baş ağrısı və başgicəllənmə kimi əlamətlərlə özünü göstərə bilər.
"Əgər yuxunuzun keyfiyyətinin pisləşdiyini hiss edirsinizsə, qidalanmada, o cümlədən çaydan qəbul edilən kofein miqdarına diqqət yetirin. İnsanlar kofeini müxtəlif sürətlə metabolizə edir, buna görə onun yuxu rejiminə təsiri ayrı-ayrı insanlarda fərqli olur və dəqiq proqnozlaşdırmaq çətindir", – deyə həkim bildirib.
"Araşdırmalar göstərir ki, gündə 200 mq-dan az kofein dozası əksər insanlarda əhəmiyyətli narahatlıq hissi yaratmır, lakin hətta bu qədər miqdar yatmazdan 6 saat əvvəl qəbul edildikdə yuxunun keyfiyyətini poza bilər", – deyə o, sözlərini yekunlaşdırıb.

Sağlamlıq       Tarix: 26 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı

Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber axsam az xeberler hava xəbərlər.com