Güneldən həkimlik lisenziyası ləğv edilən plastik-cərrahla - FOTOLAR
Müğənni Günel Zeynalova adı plastik cərrah kimi işləməyə icazəsi olan həkimlərin siyahısına daxil edilməyən plastik-cərrah Dilqəm Məhərrəmovla fotolarını yayımlayıb.
azxeber.com xəbər verir ki, sənətçi həkimin iş yerindən fotolar paylaşıb. Günel "Burnumu soruşanlar, həkimim Dilqəm Məhərrəmov" sözlərini yazıb. O, fotoların yeni və ya köhnə olduğunu bildirməyib.
Günelin paylaşımı diqqət çəkib. Belə ki, D.Məhhərəmovun plastik cərrah kimi fəaliyyətinə qadağa qoyulmuşdu. Belə ki, Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayarkən onun adı olmayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunub və sənədləri ətraflı araşdırılıb. Xüsusi Təftiş Komissiyasının açıqladığı siyahıda 42 plastik cərrahın adı yer alıb.
Dilqəm Məhərrəmov və onun özü kimi plastik-cərrah olan həyat yoldaşı Nərgiz Əhmədovanın adı siyahıda olmayıb. Onlar "Baku Medical Plaza"da çalışırdılar.


Ustalar.az ustalar sayti [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Tanınmış reperi həbsxanada döydülər
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır